|
Biz Musanı Öz möcüzələrimizlə Firon və onun əyan-əşrəfinin yanına göndərmişdik. O demişdi: “Mən aləmlərin Rəbbinin elçisiyəm!”
|
səhifə | 361/532 | tarix | 01.01.2022 | ölçüsü | 3,81 Mb. | | #103049 |
| 46. Biz Musanı Öz möcüzələrimizlə Firon və onun əyan-əşrəfinin yanına göndərmişdik. O demişdi: “Mən aləmlərin Rəbbinin elçisiyəm!”
47. (Musa) möcüzələrimizi onlara gətirər-gətirməz onlar bu möcüzələrə lağ edib gülmüşdülər.
48. Onlara bir-birindən böyük olan möcüzələr göstərdik, onları əzabla yaxaladıq ki, bəlkə, (haqq yola) qayıdalar!
49. Onlar dedilər: “Ey sehrbaz! Bizim üçün Rəbbinə sənə verdiyi əhd ilə dua et (ki, bizi bəladan qurtarsın)! Biz mütləq doğru yola gələcəyik!”
50. Biz onları əzabdan qurtaran kimi sözlərindən döndülər.
51. Firon öz qövmünə müraciət edib dedi: “Ey qövmüm! Məgər Misir səltənəti, altımdan axıb gedən bu çaylar mənim deyilmi?! Məgər görmürsünüzmü?!
52. Yaxud mən az qala (sözünü belə) aydın danışa bilməyən bir zavallı kimsədən daha yaxşı deyiləmmi?!
Dostları ilə paylaş: |
|
|