«49. Onlar dedilər: “Ey sehrbaz! Bizim üçün Rəbbinə sənə verdiyi əhd ilə dua et (ki, bizi bəladan qurtarsın)! Biz mütləq doğru yola gələcəyik!”» Onların vaxtında sehrbaz sözü təhqir hesab olunmurdu. Çünki onların o zamanki alimləri sehrbazlar idilər. Ona görə də onlar möhtac olduqları bir məqamda ona məhz bu ifadə ilə müraciət etdilər. Uca Allah buyurur: «50. Biz onları əzabdan qurtaran kimi sözlərindən döndülər.»
Sonra Uca Allah Fironun, mal-mülkü, ölkəsinin geniş ərazisi və gözəlliyi, Nil çayı dolub daşanda ətrafa yayılan sulardan əmələ gələn bol sulu çayları ilə öyündüyünü deyir. O həmçinin öz nəfsi və zinəti ilə də öyünürdü. Allahın elçisi Musanı tənqid edir və «az qala (sözünü belə) aydın danışa bilməyən...» – deyib təhqir edirdi. Musanın dilində pəltəklik var idi. Amma bu onun üçün bir eyib deyil, şərəf və gözəllik idi. Bu qüsur heç də Allahın onunla danışmasına, vəhy etməsinə, sonra tövratı ona göndərməsinə mane olmamışdı. Musanın qollarında qızıl bilərziklər və zinət əşyaları olmadığı üçün – məlun – Firon onu təhqir edirdi. Əslində bu kimi zinətlər qadınlara məxsusdur, kişiyə belə şeylər yaraşmır. O ki qaldı kamilliyə, mükəmməl elmə və güclü həvəsə sahib olan Allahın zahid peyğəmbərləri belə bəzənsinlər. Onlar Allahın Öz dostları üçün hazırladığı axirət payının nə olduğunu yaxşı bilirlər.
Dostları ilə paylaş: |