Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə366/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   362   363   364   365   366   367   368   369   ...   532
39. (Firon) və əsgərləri yer üzündə na­haq yerə təkəbbür göstərdilər və elə gü­man etdilər ki, hüzurumuza qaytarıl­ma­ycaqlar!

40. Buna görə də onu və əsgərlərini tu­tub dənizə atdıq. (Ey Rəsulum!) Bir gör za­lımların axırı necə oldu!

41. Biz onları Cəhənnəm oduna çağıran rəhbərlər etdik. Qiyamət günü onlara heç bir köməklik edilməyəcəkdir!

42. Bu dünyada onlara lənət damğası vur­duq, Qiyamət günü isə onlar çirkin kimsələr olacaqlar. (əl-Qasas: 36-42).

Uca Allah bildirir ki, onlar haqqa boyun əyməkdə təkəbbürlülük göstərdikləri və padşahları yalan bir inancı iddia etdiyi zaman, onlar onu təsdiqləyib itaət etdilər. Bu səbəbdən Qüdrətli və Əzəmətli Rəbbin qəzəbi şiddətləndi. Onlardan ən şiddətli intiqam aldı, bir gündə onu və bütün qoşununu suya qərq etdi. Onlardan heç biri də sağ qalmadı. Hamısı suda boğulub Cəhənnəmə vasil oldular. Bu dünyada məxluqatın lənətini, axirətdə isə ən pis yoldaşlığı qazandılar. Qiyamət günü onlar ən çirkin insanlar olacaqlar.




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   362   363   364   365   366   367   368   369   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin