Rəhman və Rəhim olan Allahın adı ilə


O biriləri isə suya qərq etdik



Yüklə 3,81 Mb.
səhifə371/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   367   368   369   370   371   372   373   374   ...   532
66. O biriləri isə suya qərq etdik.

67. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.

68. (Ey Rəsulum!) Həqiqətən, sənin Rəbbin yenilməz Qüvvət, Mərhəmət sahibidir! (əş-Şuəra: 52-68).

Təfsir alimləri deyirlər ki, Firon özünün möhtəşəm ordusu ilə İsrail oğullarını təqib edirdi. Nəhayət günəş çıxan vaxtda onlara yetişdi və hər iki tərəf qarşı-qarşıya dayandılar. Hər iki tərəf döyüşün labüd olacağı fikrində idi. Hətta hər döyüşçü qarşı tərəfdəki rəqibini belə müəyyən etmişdi. Yalnız döyüşə başlamaq və vuruşmaq qalmışdı. Musanın qorxu içində olan tərəfdarları ona dedilər: «Artıq yaxalandıq!» Çünki qarşılarında dəniz var idi. Onlar dənizə sıxışmış, dənizə girməkdən başqa çıxış yolları yox idi. Təbii ki, bunu heç kəs bacara bilməzdi. Dənizin sahilləri dağlarla əhatələnmişdi. Digər tərəfdən Firon da qüvvətli, yaraqlı-yasaqlı ordusu ilə başlarının üstünü kəsdirmişdi. Onlar bu böyük və güclü ordudan, Fironun əzabına bələd olduqlarından bərk qorxurdular. Onlar qarşılaşdıqları bu çətin vəziyyətə görə Allahın öeyğəmbərinə müraciət edirdilər. Doğru danışan və haqq olduğu təsdiqlənən Allah elçisi dedi: «“Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!”» Musa (düşmən tərəfdən) qoşunun arxasında idi. O irəli gəlib möhtəşəm köpüklü dalğaları ilə çırpınan dənizə baxdı və dedi: "Mənə buradan keçmək əmr olundu!" Qardaşı Harun və İsrail oğullarının alimlərindən, böyük abidlərindən və adlı-sanlı ailələrindən olan Yuşa ibn Nun da onunla birlikdə idi. Musadan və Harundan sonra Uca Allah ona vəhy endirir və peyğəmbər təyin edir. İnşallah qarşıda bu haqda danışılacaqdır. Firon ailəsindən iman gətirənlər də onlarla birlikdə idilər. İsrail oğulları da hamılıqla onların başına toplaşmışdı.

Vəziyyət çıxılmaz həddə gəlib çatdı, iş çətinləşdi. Çünki Firon öz qoşunu ilə onlara ciddi dərs verməyə hazırlaşırdı. Hər kəsin gözünün kökü saralmış, ürəyi ağzına gəlmişdi ki, əzəmətli ərşin Rəbbi mərhəmətli Uca Allah Musa Kəlimullaha vəhy etdi və dedi: «Əsanla dənizə vur!» Musa əsasını dənizə vuran kimi Allahın izni ilə dəniz dərhal ikiyə bölündü.


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   367   368   369   370   371   372   373   374   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin