Rəhman və Rəhim olan Allahın adı ilə


«63. Onda Musaya belə vəhy etdik: “Əsanla dənizə vur!”



Yüklə 3,81 Mb.
səhifə372/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   368   369   370   371   372   373   374   375   ...   532
«63. Onda Musaya belə vəhy etdik: “Əsanla dənizə vur!” (Musa əsasını dənizə vuran kimi) o dərhal yarıldı və hər hissə böyük bir dağ kimi oldu.» Bax beləliklə dənizin suyu dağ kimi dayanmışdı. Bu, bir şeyə "ol!" deməklə var edənin əzəmətli qüdrəti ilə baş verirdi. Uca Allah şiddətli küləyin əsməsini əmr etdi. Külək dənizin dibində olan palçığı kənarlara sovurdu. Dənizin dibi qup-quru oldu. Nə atların, nə də heyvanların ayaqları palçığa batmadı. Uca Allah buyurur: «77. (İzzət və cəlalıma) and olsun ki, Biz Musaya belə vəhy etdik: “Qullarımla gecə yola çıx, (əsanı suya vurmaqla) onlar üçün dənizdə quru bir yol aç. (Fironun) sizə yetişməsindən qorxma, əndişəyə düşmə!” 78. Firon öz ordusu ilə onları təqib etdi, dəniz də onları çulğayıb qərq etdi, özü də necə! 79. Firon öz tayfasını azdırdı və (onlara) doğru yolu göstərmədi.» (Taha: 77-79).

Şiddətli intiqam sahibi olan əzəmətli Rəbbin əmri ilə dəniz bu hala düşdükdə Musaya İsrail oğulları ilə birlikdə oradan keçmək əmr olundu. Onlar sevincək halda dərhal yola düşdülər. Onlar möminləri və şahid olanları heyrətləndirən bir mənzərənin şahidi olmuşdular. Onlar dənizi keçib sonuncusu oradan çıxdıqda Fironun qoşunu təzəcə dənizə daxil olurdu. Musa dənizi əvvəlki vəziyyətinə qaytarmaq üçün əsasını dənizə vurmaq istədi ki, nə Firon, nə də onun qoşunu onlara yetişməsinlər. Amma İzzət və Cəlal sahibi olan Allah dənizi olduğu kimi saxlamağı əmr etdi. Uca Allah buyurur: «24. Dənizi də açıq burax!» (əd-Duxan surəsi). Olduğu kimi sakit qalsın, dəyişmə.

Musa dənizi olduğu kimi saxladı. Firon gördüyünü görmüş, şahid olmuşdu. Özünə nə bir xeyir, nə də ziyan verə bilməyən Firon tələsik dənizdəki yola düşdü. Onun getdiyini görən qoşun da tələm-tələsik onun ardınca dənizə düşdülər. Onların hamısı bir nəfər kimi dənizin içinə daxil oldu. Birinci adam dənizin digər sahilinə çatıb kənara çıxmaq istəyəndə Uca Allah Musaya əsasını dənizə vurmağı əmr etdi. Musa əsasını dənizə vuran kimi dəniz əvvəlki vəziyyətinə qayıtdı. Onlardan bir nəfər də olsun xilas ola bilmədi.

Uca Allah buyurur: «65. Musa və onunla birlikdə olanların hamısını xilas etdik. 66. O biriləri isə suya qərq etdik. 67. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi. 68. (Ey Rəsulum!) Həqiqətən, sənin Rəbbin yenilməz Qüvvət, Mərhəmət sahibidir!» (əş-Şuəra: 65-68). Allah Öz mərhəməti ilə dostlarını boğulmaqdan xilas etmiş, heç biri də boğulmamışdır. Düşmənin isə hamısını boğmuş, birini də sağ buraxmamışdır. Bu çox böyük möcüzə və Allahın qüdrətinin qəti sübutudur. Həmçinin Musanın şəriəti və hidayət yolunu Allahdan gətirdiyini təsdiq edən bir amildir.

Uca Allah buyurur: «90. İsrail oğullarını dənizdən keçirtdik. Firon və əsgərləri zalımcasına və düşməncəsinə onların arxasınca düşdülər. (Firon) batacağı anda: “İsrail oğullarının inandıqlarından başqa haqq ilah olmadığına iman gətirdim. Mən artıq (Ona) təslim olanlardanam!” – dedi. 91. İndimi? Halbuki əvvəlcə (Allaha) qarşı çıxmış və fitnə-fəsad törədənlərdən olmuşdun! 92. Səndən sonrakılara bir ibrət olsun deyə, bu gün səni bədəninlə birliklə xilas edəcəyik (sənin cansız bədənini sahilə atacağıq). Həqiqətən, insanların çoxusu ayələrimizdən qafildir!» (Yunus: 90-92).

Uca Allah qibtilərin kafirlərinin lideri Fironun necə qərq olduğunu xatırladır. Dalğalar onu gah batırır, gah da suyun üstünə çıxarırdı. İsrail oğulları da kənarda dayanıb, Allahın onun və qoşununun başına gətirdiyi bu müsibətə tamaşa edirdilər. Bu mənzərə İsrail oğullarını sevindirir və nəfslərini rahat edirdi.

Firon həlak olduğunu dərk edib ölümün pəncəsində çarəsiz qaldıqda haqq yola döndü və tövbə etdi. Amma o, keçərsiz bir anda tövbə etmişdi. Uca Allah buyurur: «96. Həqiqətən, əleyhinə sənin Rəbbinin sözü gerçəklənmiş olanlar iman gətirməzlər! 97. Onlara hər hansı bir ayə gəlsə, şiddətli əzabı görməyincə (inanmazlar)(Yunus: 96-97).

Uca Allah buyurur: «84. Onlar əzabımızı gördükdə dedilər: “Biz yalnız Allaha iman gətirdik, (Rəbbimizə) qoşduğumuz şərikləri (bütləri) isə inkar etdik!” 85. Amma əzabımızı gördükləri zaman iman gətirmələri – Allahın Öz bəndələri barəsində öncə olub-keçmiş adətinə müvafiq olaraq heç bir fayda vermədi. Kafirlər elə oradaca ziyana uğradılar (məhv oldular)(əl-Mumin, Ğafir: 84-85).

Musa Firona və onun əyan-əşrəfinə qarşı dua etmişdi ki, onların mal-dövləti məhv olsun, şiddətli əzabı görüb iman gətirənə qədər qəlbləri də möhürlənsin. Belə halda onların tövbəsi qəbul olunmadığı üçün əziyyət çəsinlər. Musa və Harun bu duanı edəndə Uca Allah onlara belə demişdi: «Hər ikinizin duası qəbul olundu.» (Yunus: 89). Bu hadisənin baş verməsi Musa Kəlimullahın və qardaşı Harunun duasının qəbul olunması deməkdir.

İbn Abbas  Peyğəmbərin  belə dediyini rəvayət edir: "Cəbrail mənə belə dedi: "O zaman sən məni görərdin. Mən Fironun bağışlanacağından qorxaraq dənizin dibindən palçığı götürüb onun ağzına tıxayırdım"."305

Uca Allah buyurur: «91. İndimi? Halbuki əvvəlcə (Allaha) qarşı çıxmış və fitnə-fəsad törədənlərdən olmuşdun!» (Yunus: 91). Bu inkar mənasını bildirən sualdır. Uca Allah belə üslubla müraciət etməklə onun tövbəsini qəbul etmədiyini bildirir. Daha doğrusunu Allah bilir, amma yəqin ki, bir daha da dünyaya sağ qaytarılsaydı yenə də əvvəlki əməllərindən əl çəkməzdi. Uca Allah Cəhənnəm atəşini görən kafirlərin belə dediyini xatırladır: «Kaş ki, biz dünyaya qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməyəydik və möminlərdən olaydıq!» (əl-Ənam: 27). Uca Allah onlara cavab olaraq belə deyir: «28. Xeyr, əvvəlcə (ürəklərində) gizlətdikləri (küfr, nifaq və çirkin əməllər) onların qabağına çıxdı. Əgər geri qaytarılsaydılar, yenə də onlar qadağan olunduqları şeyə əl atardılar. Onlar, şübhəsiz ki, yalançıdırlar!» (əl-Ənam: 28).

Uca Allah buyurur: «92. Səndən sonrakılara bir ibrət olsun deyə, bu gün səni xilas edəcəyik. Həqiqətən, insanların çoxusu ayələrimizdən qafildir!» (Yunus: 92).

İbn Abbas  və digərləri deyirlər: "Bəzi İsrail oğulları Fironun öldüyünə şübhə edirdilər. Hətta bəziləri deyirdilər ki, o ölmür! Uca Allah dənizə əmr etdi ki, onun cəsədini ən hündürə qaldırsın. Dəniz də onu ən yüksək yerə qaldırdı. Bəziləri deyirlər suyun üzünə qaldırdı, bəziləri isə deyirlər ki, qurunun hündür yerinə tulladı. Onun əynində hər kəsin tanıdığı zirehi var idi. Bununla onlar onun öldüyünü və Uca Allahın qüdrətini dərk etdilər. Uca Allah buyurur: «Səndən sonrakılara bir ibrət olsun deyə, bu gün səni» əynindəki zirehinlə birlikdə «xilas edəcəyik» ki, qoy İsrail oğullarından hər kəs sənin ibrət olduğunu və Allahın qüdrətini görsünlər. Ola bilər ayənin mənası belə olsun ki, səni əynindəki zirehinlə birlikdə sudan çıxaracağıq ki, İsrail oğulları səni tanısın və həlak olduğunu bilsinlər. Daha doğrusunu Allah bilir.

Fironun və qoşununun həlakı Aşura günündə baş vermişdi.

İbn Abbas  deyir ki, "Peyğəmbər Mədinə şəhərinə gəldikdə Yəhudilər Aşura gününü oruc tuturdular. Peyğəmbər soruşdu: "Bu nə günüdür ki, oruc tutursunuz?" Onlar dedilər: "Bu gündə Musa Firona qalib gəlmişdir". Peyğəmbər öz əshabələrinə dedi: "Siz Musaya onlardan daha yaxınsınız. Siz də oruc tutun"."306

FİRONUN HƏLAKINDAN SONRA İSRAİL OĞULLARININ VƏZİYYƏTİ


Uca Allah buyurur:


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   368   369   370   371   372   373   374   375   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin