Rəhman və Rəhim olan Allahın adı ilə


Ey camaatım! Allahın sizin üçün əzəldən müəyyən etdiyi müqəddəs tor­pağa daxil olun, geri dönməyin, yox­sa zərər çəkmiş halda geri dönər­si­niz"



Yüklə 3,81 Mb.
səhifə375/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   371   372   373   374   375   376   377   378   ...   532
21. Ey camaatım! Allahın sizin üçün əzəldən müəyyən etdiyi müqəddəs tor­pağa daxil olun, geri dönməyin, yox­sa zərər çəkmiş halda geri dönər­si­niz".

22. Onlar dedilər: “Ey Musa, orada nə­həng adamlar vardır. Onlar oradan çıx­mayınca biz ora girməyəcəyik. Əgər onlar oradan çıxsalar, biz ora da­xil olarıq”.

23. (Allahdan) qorxanlardan Allahın ne­mət verdiyi iki nəfər dedi: “Onların üstünə qapıdan girin. Əgər girsəniz, on­lara mütləq qələbə çalarsanız. Əgər möminsinizsə, Allaha təvəkkül edin!”

24. (İsrail oğulları) dedilər: “Ey Musa, nə qədər ki, onlar oradadırlar, biz ora girməyəcəyik. Sən və Rəbbin gedib on­larla vuruşun. Biz isə burada otura­cağıq”.

25. (Musa) dedi: “Ey Rəbbim! Mənim yalnız özümə və qardaşıma hökmüm çatar. Sən bizi bu günahkar və azğın camaatdan ayır!”

26. (Allah Musaya) buyurdu: “Artıq ora (müqəddəs torpaq) qırx il müd­də­ti­nə onlara haram edildi. Onlar olduq­la­rı yerdə (Tih səhrasında) sərgərdan gə­zib dolaşacaqlar. O günahkar cama­atın halına acıma!” (əl-Maidə: 20-26).

Allahın peyğəmbəri Allahın onlara bəxş etdiyi din və dünya nemətlərini və yaxşılıqlarını xatırladır, Allah yolunda cihad edib düşmənləri əzməyi əmr edir və deyirdi: «21. Ey camaatım! Allahın sizin üçün əzəldən müəyyən etdiyi müqəddəs torpağa daxil olun,» Düşmənə qarşı döyüşməkdən boyun qaçırıb «geri dönməyin, yoxsa» udduqdan sonra uduzar, kamillikdən sonra naqisliyə düçar olar və «zərər çəkmiş halda geri dönərsiniz.»




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   371   372   373   374   375   376   377   378   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin