«Onlar dedilər: “Ey Musa, orada nəhəng» inadkar və amansız kafir «adamlar vardır. Onlar oradan çıxmayınca biz ora girməyəcəyik. Əgər onlar oradan çıxsalar, biz ora daxil olarıq”.» Onlar Fironun necə həlak olduğunu görə-görə bu nəhənglərdən qorxdular. Halbuki Firon bu adamlardan daha nəhəng, daha zalım, daha güclü və böyük ordu sahibi idi. Bu göstərir ki, onlar bu sözlərə görə qınanır, düşmənə müqavimət göstərməkdə acizlik göstərdikləri üçün məzəmmət olunurlar.
Bir çox təfsirçilər bu barədə batil məzmunlu əsassız rəvayətlər qeyd edirlər. Amma əslində ağıl və səhih məlumatlar bunların əksini deyir. Məsələn həmin rəvayətlərdə deyilir ki, guya onlar çox vahiməli və nəhəng cüssəli idilər. Hətta bəzilərində deyilir ki, İsrail oğullarının on iki nəfər elçisi onların görüşünə gedəndə, nəhəng adamlardan bir nəfər qarşılarına çıxıb onları bir-bir götürüb bükdü və köynəyinin qoluna, şalvarının cibinə atdı. Sonra onları gətirib nəhənglərin padşahının önündə yerə tulladı. Padşah dedi: "Bunlar nədir belə?" Çünki o, hələ bunların insan olduqlarını bilmirdi. Sonra ona bunların insan olduğunu dedilər. Təbii ki, bütün bunlar həqiqətə uyğun olmayan, uydurma rəvayətlərdir.
Həmçinin deyirlər ki, guya nəhənglərin padşahı onlar üçün üzüm və digər meyvələrdən pay göndərmişdi ki, onların nəhəngliyini anlasınlar. Belə ki, üzümün bir giləsi bir adamı doyururdu. Bu rəvayət də doğru deyildir.
Deyilənə görə Uvəc ibn Anəq nəhənglərin yanından ayrılıb İsrail oğullarını məhv etməyə gəlmişdi. Onun boyu uç min üç yüz otuz üç və üçdə bir dirsək idi. Bunu Bəğəvi308 və digərləri rəvayət ediblər. Lakin bu da doğru məlumat deyil. Biz Peyğəmbərin : "Allah Adəmi yaratdı və onun boyu altmış dirsək idi. Bu günə qədər insanlar qısalmaqdadırlar."309 – hədisini şərh edərkən, bu haqda danışmışdıq.
Deyilənə görə Uvəc ibn Anəq dağın kəlləsinə çıxıb ucunu qopartdı və iki əli ilə qaldırıb Musanın qoşununun üzərinə atmaq istədi. Bu zaman bir quş gələrək həmin qaya parçasını dimdikləyib ortasını ovdu. Qaya parçası Uvəc ibn Anəqin boynunda bir boyunluq kimi oldu. Musa onun qarşısına çıxdı. Onun boyu on dirsək iki. O, əlindəki on dirsək uzunluğunda əsası ilə on dirsək hündürə tullandı və onun topuğuna yetişib onu öldürdü.
Bu rəvayət Novf əl-Bukəlidən rəvayət olunur. Rəvayəti İbn Cərir310 İbn Abbasdan rəvayət edib. Amma rəvayətin İbn Abbasa nisbət edilməsində əmma var. Bununla yanaşı rəvayət israiliyyatdandır. Bunu İsrail oğullarının cahil insanları uydurublar. Çünki onlarda yalançı rəvayətlər o qədər çoxdur ki, özləri də doğru rəvayəti yalan rəvayətdən ayıra bilmirlər.
Əgər belə bir rəvayət doğru olsaydı o zaman İsrail oğulları döyüşdən imtina etməkdə üzürlü hesab olunardılar. Amma Uca Allah onları məzəmmət etdi, cihad etmədikləri və peyğəmbərlərinə müxalif olduqları üçün Uca Allah onları səhrada azdırdı. Həmçinin ayədə də deyilir ki, aralarında iki nəfər əməlisaleh insan onları hücum çəkməyə və döyüşdən qorxmamağa çağırırdı. «23. (Allahdan) qorxanlardan Allahın nemət verdiyi» islam, iman, itaət və şücaət bəxş etdiyi «iki nəfər dedi: “Onların üstünə qapıdan girin. Əgər girsəniz, onlara mütləq qələbə çalarsanız. Əgər möminsinizsə, Allaha təvəkkül edin!”» Əgər siz Allaha təvəkkül etsəniz, Ona sığınsanız və Ondan kömək diləsəniz, O, sizi qalib edər.
Dostları ilə paylaş: |