Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə377/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   373   374   375   376   377   378   379   380   ...   532
«24. (İsrail oğulları) dedilər: “Ey Musa, nə qədər ki, onlar oradadırlar, biz oraya girməyəcəyik. Sən və Rəbbin gedib onlarla vuruşun. Biz isə burada oturacağıq”.» Onlar toplum olaraq döyüş­mək­dən imtina etdilər. Bu acınacaqlı və sarsıdıcı bir hadisə idi. Tariq ibn Şihab deyir ki, Bədr döyüşü günü Miqdad  Peyğəmbərə  dedi: "Ey Allahın rəsulu! Biz sənə, İsrail oğullarının Musaya dediyi kimi «Sən və Rəbbin gedib onlarla vuruşun. Biz isə burada oturacağıq”.» – demirik. Biz deyirik ki, sən və Rəbbin onlarla vuruşun, biz də sizinlə bərabər vuruşacağıq".

Rəvayət digər yollarla da nəql olunmuşdur. Tariq ibn Şihab deyir ki, Abdullah ibn Məsud  belə deyirdi: "Mən Miqdadın  qəhrəmanlığının şahidi olmuşam. Mənim üçün onun dostu olmaq, onun mislində dünya nemə­tin­dən daha sevimlidir. Bir gün o müşriklərə qarşı dua edə-edə Peyğəmbərin  yanına gəldi və dedi: "Ey Allahın rəsulu! Biz sənə, İsrail oğullarının Musaya dediyi kimi «Sən və Rəbbin gedib onlarla vuruşun. Biz isə burada oturacağıq”.» – demərik. Biz sənin sağında, solunda, önündə və arxanda döyüşəcəyik. Bu sözlərdən sonra Peyğəmbərin  üzünün sevincini, fərəhini gördüm"."311

Ənəs  deyir ki, Peyğəmbər  Bədr döyüşünə gedərkən müsəl­man­larla məşvərət etdi. Ömər  döyüşə hazır olduqlarını bildirdi. Sonra Peyğəmbər  məşvərət üçün ikinci dəfə müraciət etdi. Ənsarlardan bir nəfər dedi: "Ey Ənsarlar! Allahın elçisi  sizi nəzərdə tutur". Onlar dedilər: "Elə isə biz İsrail oğullarının Musaya dediyi kimi deyən deyilik. «Sən və Rəbbin gedib onlarla vuruşun. Biz isə burada oturacağıq”.» Səni haqq ilə göndərənə and olsun! Əgər sən bizi Birkul Ğimada312 aparsan yenə də sənin ardınca gedəcəyik"313.

İSRAIL OĞULLARININ SƏHRADA AZMASI




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   373   374   375   376   377   378   379   380   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin