Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə381/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   377   378   379   380   381   382   383   384   ...   532
145. Biz onun üçün lövhələrdə hər şeydən moizə və hər şeyin təfsilatını yazdıq və dedik: “Bundan möhkəm yapış və ümmətinə də onun ən gözəl hökmlərindən yapışmağı əmr et. (Axirətdə) sizə fasiqlərin yurdunu göstərəcəyəm!

146. Yer üzündə haqsız yerə təkəbbürlük edənləri ayələrimi anlamaqdan yayındıracağam. Onlar nə möcüzə görsələr, ona inanmazlar. Onlar haqq yolu görsələr, onu qəbul etməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri və ondan qafil olmalarıdır.

147. Ayələrimizi və axirətə qovuşmağı doğru hesab etməyənlərin əməlləri puça çıxdı. Onlar ancaq öz əməllərinin cəzasını çəkəcəklər!”» (əl-Əraf: 142-147).

İbn Abbas, Məsruq, Mücahid və bir çox sələflər deyiblər ki, Musaya verilən ötuz gün tam zül-qadə ayıdır. Qırx günün tamamlanması üçün əlavə olunan on gün isə zül-hiccə ayının ilk on günüdür.314

Bu mənaya görə Uca Allah onunla qurban bayramı günü danışmışdır. Eyni gündə də Muhəmmədə  verdiyi dini tamamlamışdır.

Məqsəd budur ki, Musa ona verilən vədəni başa çatdırdıqda oruc idi. Deyilənə görə o, (bir ay müddətində) heç bir yemək yeməmişdi. Ay tamam olduqda ağzından yaxşı qoxu gəlsin deyə ağac qabığını götürüb çeynədi. Uca Allah daha on gün oruc tutmasını əmr etdi. Beləliklə onun vədəsi bütünlükdə qırx gün etdi. Səhih hədisdə deyilir ki, "Allah dərgahında oruc tutanın ağzından gələn qoxu, müşk-ənbərdən daha xoşdur"315.

Musa yola düşməyə niyyət etdikdə İsrail oğullarına hörmətli və şərəfli qardaşı Harunu rəhbər təyin etdi. Harun onun atabir anabir qardaşı, dəvət işlərində vəziri idi. Musa ona vəsiyyət edib əmir təyin etdi. Onun belə yüksək məqamı ilə peyğəmbərlik arasında heç bir ziddiyyət yoxdur.


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   377   378   379   380   381   382   383   384   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin