Rəhman və Rəhim olan Allahın adı ilə


«143. Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı.»



Yüklə 3,81 Mb.
səhifə382/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   378   379   380   381   382   383   384   385   ...   532
«143. Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı.» Onunla maneə arxasından danışdı. Ona öz səsini eşitdirdi, onu çağırdı, yaxınına gətirdi. Bu, Musa üçün ali məqam və şərəfli mənsəb idi. Ona Allahın daimi salavatı, dünyada və axirətdə salamı olsun.

Musaya bu ali məqam bəxş edildikdə, Allahın səsini eşitdikdə aralarında olan maneənin qaldırılmasını istədi. Gözlərin dərk edə bilmədiyi, güclü dəlil sahibi Əzəmətli Allaha dedi: «“Ey Rəbbim! Özünü mənə göstər. Sənə baxım!”» Uca Allah, Özünü ona göstərəcəyi təqdirdə onun tab gətirə bilməyəcəyini bildirdi. İnsandan qat-qat güclü və mətin olan dağ da Allahı gördükdə tab gətirə bilmədi. Uca Allah buyurur: «Lakin dağa bax! Əgər o yerində dura bilsə, sən də Məni görə bilərsən!”» Əvvəlki kitablarda deyilir ki, Uca Allah Musaya belə demişdi: "Ey Musa! Hansı canlı və ya cansız Məni görübsə məhv olub".

Əbu Musa  deyir ki, Peyğəmbər  belə demişdir: "Onun maneəsi nurdur, – bəzi rəvayətlərdə deyilir ki, oddur. Əgər O, maneəni götürsə Onun simasının nuru gördüyü bütün məxluqatı yandırar"316.

«Rəbbi dağa təcəlli etdikdə onu parça-parça etdi. Musa da bayılıb düşdü. Ayılandan sonra isə: “Sən paksan, müqəddəssən! Sənə tövbə etdim. Mən iman gətirənlərin birincisiyəm!” – dedi.»

Mücahid deyir: «Lakin dağa bax!» O səndən böyük, səndən qüvvətlidir. «Əgər o yerində dura bilsə, sən də Məni görə bilərsən!” Rəbbi dağa təcəlli etdikdə» dağ yerində dayana bilmədi, dağılıb parça-parça oldu. Musa dağın nə kökə düşdüyünü görüb huşunu itirdi və yıxıldı.

Ənəs  deyir ki, Peyğəmbər  «Rəbbi dağa təcəlli etdikdə onu parça-parça etdi.» – ayəsini oxudu və baş barmağını çeçələ barmağının ucuna toxundurub dağın parça-parça olduğuna işarə etdi317.

Musa «Ayılandan sonra: “Sən paksan, müqəddəssən!» məxluqatından heç kəs (bu dünyada) Səni həqiqi əzəmətinlə görə bilməz. «Sənə tövbə etdim.» Bir daha Səni görməyi istəyən deyiləm. «Mən iman gətirənlərin birincisiyəm!”» Mən iman gətirdim ki, Səni görən hər canlı ölər, Səni görən hər cansız da məhv olar.

İki səhih kitabda318 Əbu Səid əl-Xudridən  rəvayət olunur ki, Peyğəmbər  belə demişdir: "Mənimlə Peyğəmbərlər arasında ayrıseçkilik etməyin. Qiyamət günü insanlar ayılanda ilk oyanan mən olacağam. Oyananda Musanın Ərşin ətəyindən yapışdığını görəcəyəm. Bilmirəm o məndən öncə oyanıb, yoxsa Tur dağında huşunu itirdiyinə görə bu gün azad olub?!" Rəvayətin bu tərtibatı Buxariyə məxsusdur. Hədisin əvvəlində "Musanı bəşəriyyətdən üstün edənə and olsun!" – deyən yəhudinin bir ənsarlı tərəfindən sillə ilə vurulmasından danışılır. Bu hadisədə Peyğəmbər  "Mənimlə Peyğəmbərlər arasında ayrıseçkilik etməyin." – sözlərini demişdi.

İki səhih kitabda319 eyni məzmunlu bir hədis Əbu Hureyrədən  rəvayət olunur. Orada Peyğəmbərin  belə dediyi deyilir: "Məni Musadan üstün tutmayın...".

Peyğəmbərin  bu sözləri təvazökarlıq məqsədi daşıyır. Yaxud ayrıseçkilik salmaq məqsədi ilə deyilməsi qadağan edilmişdir. Digər mənada isə belə ola bilər: Kimin kimdən üstün olması sizin işiniz deyil. Birini digərindən üstün edən Uca Allahdır. Bunu mücərrəd fikirlə demək olmaz. Bunu Allah müəyyən edir.

Bəziləri deyirlər ki, Peyğəmbər  bu sözlərini özünün Musadan üstün olmasını bilmədiyi vaxtlarda demişdir. Özünün bütün peyğəmbərlərdən üstün olduğu ona bildiriləndən sonra əvvəl dediyi sözün hökmü ləğv edilmişdir. Amma bu müəmmalı fikirdir. Çünki hədisin rəvayətçiləri Əbu Səid və Əbu Hureyrədir. Əbu Hureyrə  Huneyn ilində hicrət etmişdir. Peyğəmbərin  bu vaxta qədər özünün əvvəlki peyğəmbərlərdən üstün olmasını bilməməsi mümkünsüz görünür. Daha doğrusunu bilən Allahdır.

Heç şübhəsiz ki, Peyğəmbərimiz  bəşəriyyətin, hətta bütün məxluqatın ən şərəflisidir. Uca Allah buyurur: «110. Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz...» (Ali İmran: 110). Müsəlmanlar yalnız Peyğəmbərlərinin  şərəfinə görə ən xeyirli ümmət olublar.

Mütəvatir* hədislər sübut edir ki, Peyğəmbər  belə demişdir: "Mən Qiyamət günü adəm övladının seyyidi320 olacağam. Bunu fəxr etmək üçün demirəm."321 Sonra özünün "Məqamul-Məhmud" sahibi olduğunu qeyd edir. Bu bütün məxluqatın qibtə etdiyi bir məqamdır. Bütün peyğəmbərlər, hətta əzm sahibi olan rəsullar – Adəm, Nuh, İbrahim, Musa və Məryəm oğlu İsa da şəfaətdən imtina edəcək.

Peyğəmbərin  bu sözünə gəlincə: "Qiyamət günü insanlar ayılanda ilk oyanan mən olacağam. Oyananda Musanın Ərşin ətəyindən yapışdığını görəcəyəm. Bilmirəm o məndən öncə oyanıb, yoxsa Tur dağında huşunu itirdiyinə görə bu gün azad olub?!" Bu hədis göstərir ki, məxluqatın üzləşdiyi huşunu itirmə anı, Uca Allah Qiyamət günü insanları mühakimə etmək üçün Özünü təcəlli etdiyi anda baş verəcəkdir. Onlar Uca Allahın əzəmətindən, şiddətli heybətindən və cəlalından huşlarını itirəcəklər. Peyğəmbərlərin sonuncusu, yerin və göyün Rəbbinin seçib digər peyğəmbərlərdən üstün etdiyi Muhəmməd  birinci oyanacaqdır. Oyananda Musanın Ərşin ətəyindən yapışdığını görəcəkdir.

Özü sadiq olan və Allah tərəfindən təsdiqlənən demişdir: "Bilmirəm o məndən öncə oyanıb?!" Ola bilər o azacıq huşunu itirib. Çünki o dünyada ikən bir dəfə bu səbəblə huşunu itirmişdir. "Yoxsa Tur dağında huşunu itirdiyinə görə bu gün azad olub?!" Yəni bu gün heç huşunu itirməyib.

Bu baxımdan baş verənlər Musa üçün böyük şərəfdir. Amma bu onun hər cəhətdən üstün olmasına dəlalət etmir. Peyğəmbərimiz  onun bu vəsflə şərəfli və fəzilətli olmasını diqqətə çatdırmışdır. Bir müsəlman "Musanı bəşəriyyətdən üstün edənə and olsun!" – deyən yəhudini buna görə sillə ilə vurduqda hadisənin şahidlərinin ürəyində Musanın şəxsiyyətinə hörmət azala bilərdi deyə, Peyğəmbərimiz  dərhal Musanın fəzilətini və şərəfini dilə gətirdi.

Uca Allah buyurur: «“Ey Musa! Mən Öz risalətlərimlə və danışmağımla insanlardan səni seçib üstün tutdum.» Yəni əvvəlki vaxtlarda yox, həmin vaxtda səni insanlardan üstün etdim. Çünki İbrahim Xəlilullah ondan əfzəldir. İbrahimin hekayəsini danışanda bu məsələyə toxunmuşduq. Onun üstünlüyü özündən sonrakı vaxtlara da şamil olunmur. Çünki Muhəmməd Peyğəmbər  onların hər ikisindən də əfzəldir. Onun bütün Peyğəmbərlərdən üstün olması İsra və Merac gecəsində aydın oldu. Səhih hədisdə Peyğəmbərin  belə dediyi rəvayət olunur: "Qiyamət günü elə bir məqamda olacağam ki, İbrahim də daxil olmaqla, hər kəs o məqamı arzulayacaqdır"322.

Uca Allah buyurur: «İndi sən verdiyimi al və şükür edənlərdən ol!» Yəni, sənə verdiyim şəriət və kəlamları götür, artıq istəmə və buna şükr edənlərdən ol.

Uca Allah buyurur: «145. Biz onun üçün lövhələrdə hər şeydən moizə və hər şeyin təfsilatını yazdıq...» Lövhələr çox dəyərli maddədən hazırlanmışdı. Səhih əl-Buxaridə deyilir: "Uca Allah onun üçün Tövratı əli ilə yazmışdır"323. Bu kitabda günahlar haqqında moizələr, halal və haram hökmlərin təfsilatı verilmişdi. «Bundan möhkəm yapış» sadiq niyyət və yüksək əzmkarlıqla bu kitabı götür. «və ümmətinə də onun ən gözəl hökmlərindən yapışmağı əmr et.» Qövmünə də əmr et ki, bu kitabı ən gözəl tərzdə qəbul edib, yaxşı yöndə istifadə etsinlər. «(Axirətdə) sizə fasiqlərin yurdunu göstərəcəyəm!» İtaətimdən çıxanların, əmrimə qarşı olanların və peyğəmbərlərimi yalançı sayanların aqibətini görəcəksiniz.




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   378   379   380   381   382   383   384   385   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin