91. Onlar: “Musa (Tur dağından) qayıdıb yanımıza gələnə qədər bu buzova sitayiş etməkdən əl çəkməyəcəyik!” – deyə cavab vermişdilər.
92. (Musa ümmətinin yanına qayıtdıqdan sonra) dedi: “Ey Harun! Onların (haqq yoldan) azdıqlarını gördüyün zaman sənə nə mane oldu ki,
93. (Möminləri də götürüb) arxamca gəlmədin? Əmrimə asimi oldun?
94. (Harun) belə cavab verdi: “Ey anam oğlu! Saçımdan, saqqalımdan tutma. Doğrusu, sənin: “İsrail oğulları arasına ayrılıq saldın, sözümə baxmadın!” – deyəcəyindən qorxdum.
95. (Musa:) “Ey Samiri! Sənin məqsədin nə idi?” – deyə soruşdu.
96. (Samiri) belə cavab verdi: “Mən (İsrail oğularının) görmədiklərini gördüm. Mən o Rəsulun ləpirindən bir ovuc torpaq götürdüm və onu atdım. Beləcə, öz nəfsim məni bu işə sövq etdi”.