"Beləliklə, (Şeytan) onları batil sözlərlə aldatdı. (Adəm və Həvva) ağacın meyvəsindən daddıqda ayıb yerləri (gözlərinə) göründü. Onlar Cənnət (ağaclarının) yarpaqlarından (dərib) ayıb yerlərinin üstünü örtməyə başladılar." (əl-Əraf: 22).
Taha surəsində isə belə deyilir: "(Adəm və Həvva) ondan (həmin ağacın meyvəsindən) yedilər və dərhal hər ikisinin ayıb yerləri göründü. Onlar (lüt bədənlərinə) Cənnət ağaclarının yarpaqlarından yapışdırmağa başladılar." (Taha: 121).
HƏVVA VƏ AĞAC
Həvva Adəmdən öncə ağacdan yemiş və Adəmi də bu işə təşviq etmişdi. Daha doğrusunu Allah bilir.
Əbu Hureyrə t Peyğəmbərin r belə dediyini rəvayət edir: "Əgər İsrail oğulları olmasaydı ət iylənməz26, Həvva olmasaydı heç bir qadın ərinə xəyanət etməzdi"27. Bu hədis eyni mənanı açıqlayır.
Dostları ilə paylaş: |