«Bu Sənin sınağından başqa bir şey deyildir...» Bu Sənin imtahanındır, bəlandır. Bunu bir çox sələf alimləri deyiblər. Yəni, bunu qədərə yazan, buzovun böyürməsini imtahan üçün yaradan Sənsən. Sən bununla onları imtahan edirsən. Harun da əvvəl bunun imtahan olduğunu demişdi: «Ey ümmətim! Siz bununla yalnız imtahana çəkildiniz...» (Taha: 90).
Ona görə ayədə deyilir: «Sən onunla istədiyini zəlalətə düçar edər, istədiyini doğra yola salarsan.» Sən imtahanınla istədiyin bəndəni zəlalətə düçar edər, istədiyini də haqqa yönəldərsən. Hökm və istək yalnız Sənin əlindədir. Sənin hökmünün və qəza-qədərinin qarşısını heç kəs ala bilməz. «Sən bizim hamimizsən (ixtiyar sahibimizsən). Bizi bağışla və rəhm et. Axı sən bağışlayanların ən yaxşısısan! 156. Bizə bu dünyada da, axirətdə də yaxşılıq yaz. Biz Sənə tərəf (hüzuruna) döndük!”» (əl-Əraf: 155-156). Bir çox alimlər bu eyəni belə açıqlayıblar: "Biz tövbə edib haqq yoluna qayıdırıq". Ərəb dili qaydaları da bu mənanı bildirir.
Dostları ilə paylaş: |