«157. O kəslər ki, ... rəsula-ümmi peyğəmbərə tabe olurlar...» (əl-Əraf: 157). Bu ayədə Uca Allah Musaya çatdırdığı digər xəbərlərlə yanaşı Muhəmmədə və ümmətinə eyham edir. Biz "Təfsir"330 kitabımızda bu ayə haqqında tam dolğun məlumat vermişik.
Bir çoxları Musanın söhbəti barədə əsası olmayan hekayələr danışırlar. Allahın köməkliyi və müvəffəqiyyəti ilə biz müyəssər olan hədisləri və rəvayətləri qeyd edəcəyik.
Muğirə ibn Şöbə minbərin üzərində Peyğəmbərin belə dediyini rəvayət edirdi: "Musa Rəbbindən soruşdu: "Cənnət əhlinin ən aşağı dərəcədə olanı necə olacaq?" Allah dedi: "Cənnət əhli Cənnətə daxil olandan sonra bir nəfər gələcək və ona: "Cənnətə daxil ol!" – deyiləcək. O deyəcək: "Cənnətə necə daxil olum? Axı hamı öz yerini tutub və götürdüyünü götürüb". Ona deyiləcək: "Sən Cənnətdə dünyadakı padşahların mülkü qədər mülkünün olmasını istəyərsənmi?" O deyəcək: "Bəli, ey Rəbbim!" Ona deyiləcək: "Sənə onu və mislini, mislini və mislini verirəm". O deyəcək: "Ey Rəbbim! Mən razı qaldım". Ona deyiləcək: "Sənə deyilən qədər və onun on misli verilir". O deyəcək: "Ey Rəbbim! Razı qaldım". Ona deyiləcək: "Bununla yanaşı sənə nəfsin nə istəyir və gözün nəyi oxşayır onu verirəm".
Sonra Musa Rəbbindən soruşdu: "Bəs Cənnət əhlinin ən yüksək mərtəbədə olanı necə olacaq?" O dedi: "Sənə onlar haqqında danışacağam. Onların hörmətini əlimlə əkib xətmini vurmuşam. Onlar üçün heç bir gözün görmədiyi, qulağın eşitmədiyi, bəşər övladının qəlbinə gəlmədiyi bir nemət hazırlamışam"."331
Bunun təsdiqi Allahın kitabında da qeyd olunur. Ayədə deyilir: «17. Etdikləri əməllərin mükafatı olaraq (Allah dərgahında) onlar üçün göz oxşayan nə cür nemətlər gizlənib saxlandığını heç kəs bilməz!» (əs-Səcdə: 17).
Əbu Hureyrə Peyğəmbərin belə dediyini rəvayət edir: "Musa özünə məxsus olduğunu zənn etdiyi altı xüsusiyyət barədə Allahdan soruşdu. Yeddincisini isə Musa xoşlamırdı.
Dostları ilə paylaş: |