İSRAİL OĞULLARI VƏ İNƏK HADİSƏSİ 67. Yadınıza gətirin o vaxtı ki, Musa öz qövmünə: “Allah sizə bir inək kəsmənizi əmr edir!” – dedi. Onlar isə: “Bizi məsxərəyəmi qoyursan?” – dedilər”. (Musa da:) Allah Özü məni cahil olmaqdan saxlasın!” – dedi.
68. Onlar dedilər: “Bizdən ötrü Rəbbini çağırıb (Rəbbinə dua edib)soruş ki, o (inək) nə cür olmalıdır?” (Musa:) “Allah o inəyin nə çox qoca, nə də çox cavan deyil, bunların ikisinin arasında (düyə) olduğunu buyurur. Sizə əmr olunan şeyi yerinə yetirin!” – dedi.
69. Onlar dedilər: “Bizdən ötrü Rəbbini çağırıb soruş, qoy onun rəngini də bizə bildirsin”. O da cavabında: “(Allah) onun tünd sarı rəngli və görənlərə xoş gələn (bir inək) olduğunu buyurur”, – dedi.