Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə399/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   395   396   397   398   399   400   401   402   ...   532
73. Belə olduqda Biz: “(Kəsilmiş inə­yin) bir parçasını ona (qatili bilinmə­yən ölüyə) vurun!” – dedik. Allah (bü­tün) ölüləri bu qaydada dirildər və si­zə Öz möcüzələrini göstərər ki, ağıla gə­lib (bunu) dərk edəsiniz. (əl-Bəqərə: 67-73).

Bir çox sələflər deyiblər ki, İsrail oğulları arasında çox varlı bir insan var idi. O çox yaşlı idi. Onun qardaşı oğlanları var idi və onlar onun ölümünü arzulayırdılar ki, mirasına sahib çıxsınlar. Onlardan biri gecə vaxtı onu öldürdü və yol ayrıcına atdı. Bəziləri deyirlər ki, onu bir kişinin qapısının önünə atdı.

Səhər açılanda onun kim tərəfindən öldürüldüyü barədə mübahisəyə başladılar. Ölənin qardaşı oğlu hay-küy salmışdı. Camaat dedi: "Nə üçün mübahisə edirsiniz! Allahın peyğəmbərinin yanına gedin!" Qardaşı oğlu Musanın yanına gəlib əmisinin qətli barədə şikayət etdi. Musa dedi: "Sizi Allaha and verirəm əgər kiminsə bu qətldən xəbəri varsa bizə məlumat versin". Onların heç birinin bu barədə məlumatı yox idi. Onlar bu barədə Rəbbindən soruşmasını tələb etdilər. Musa da bu barədə Rəbbindən soruşdu. Uca Allah onlara bir inək kəsməyi əmr etdi. Musa dedi: «Allah sizə bir inək kəsmənizi əmr edir! Onlar isə: “Bizi məsxərəyəmi qoyursan?” – dedilər...» Yəni biz bu ölənin qatili haqqında soruşuruq, sən isə bizə belə deyirsən?! Musa dedi: «Allah Özü məni cahil olmaqdan saxlasın!» Yəni mən onun adından mənə vəhy olunandan başqa bir şeyi sizə deməkdən Allaha sığınıram. Sizin soruşduğunuzu Rəbbimə deyəndə O da mənə belə cavab verdi.

İbn Abbas336, Ubeydə337, Mucahid338, İkrimə339 və başqaları deyirlər: "Əgər onlar istənilən inəyi kəssəydilər məqsəd hasil olardı. Lakin onlar ifrata vardıqca işləri də çətinləşdi". Bu barədə birbaşa Peyğəmbərə  istinad edilən hədis rəvayət olunur. Amma sənədi zəifdir. Onlar inəyin vəsfi, sonra rəngi, sonra isə yaşı haqqında soruşdular. Onlara çətin tapacaqları bir inək vəsf olundu. Biz bu haqda təfsir kitabımızda danışmışıq.

Məqsəd odur ki, onlara orta, nə çox qoca, nə də çox cavan inək kəsmək əmr olundu. Bu mənanı bir çox alimlər söyləyiblər340. Onlar özlərini daha da çətinliyə salıb onun nə rəngdə olmasını soruşdular. Onlara tünd sarı rəngli və göz oxşayan inək kəsmək əmr olundu. Belə rəngli inəyi tapmaq çətin idi. Sonra onlar yenə də özlərini çətinliyə salıb dedilər: «Bizim üçün Rəbbinə dua et ki, onun əsl sifətini bizə bildirsin, çünki biz (ümumiyyətlə) inəkləri bir-birinə bənzədirik. Əgər Allah istəsə (biz kəsilməsi əmr edilən o inəyi tapar və bu məsələ barəsində), əlbəttə, düz yolda olarıq.»


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   395   396   397   398   399   400   401   402   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin