«71. (Musa) dedi: “(Rəbbiniz) buyurur ki, o (heç kəsə) ram olmayıb boyunduruq götürməyən, tarla sürməyən, əkin suvarmayan, eyibsiz-qüsursuz və ləkəsiz (sapsarı) bir inəkdir”.» bu vəsflər əvvəlkindən daha dəqiqdir. Onlara tarla sürməyən, eyibi olmayan bir inək kəsmək əmr olundu. Bunu Qatadə demişdir341. «ləkəsiz (sapsarı)» Yəni onun üzərində yalnız bir rəng, tünd sarı rəng olmalıdır. Onun nə eyibi, nə də üzərində başqa rəngi olmamalıdır.
Musa inəyi bu vəsflərlə təyin etdikdə «onlar: “İndi işi həqiqətə gətirib çıxartdın”, – dedilər»
Allahın peyğəmbəri deyilən inəyin kəsilməsini əmr etdi «və onu (inəyi tapıb) kəsdilər. Amma az qalmışdı ki, bu işi yerinə yetirməsinlər.» Yəni onlar bu işi görməkdə tərəddüd edirdilər.
Sonra Musa Allahın əmri ilə ölən adamı inəyin qanına batırmağı əmr etdi. Onları bir-birinə toxundurduqda Allah həmin adamı diriltdi. O boyun damarlarından qan axa-axa ayağa durdu. Allahın peyğəmbəri Musa ondan: "Səni kim öldürüb?" – deyə soruşdu. O dedi: "Məni qardaşım oğlu öldürüb". Sonra həmin adam yenidən öldü.
Uca Allah buyurur: «Allah (bütün) ölüləri bu qaydada dirildər və sizə Öz möcüzələrini göstərər ki, ağla gəlib (bunu) dərk edəsiniz.» (əl-Bəqərə: 73). Allahın əmri ilə bu ölünün dirildiyini gördüyünüz kimi, digər ölüləri də belə dirildə bilər. O istəsə onları bir saatın içində dirildər. Uca Allah buyurur: «28. (Ey insanlar!) Sizi (yoxdan) yaratmaq və (Qiyamət günü) diriltmək (Allah üçün) ancaq bir nəfəri yaratmaq və diriltmək kimidir...» (Loğman: 28).
Dostları ilə paylaş: |