Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə404/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   400   401   402   403   404   405   406   407   ...   532
78. (Xıdır) dedi: “Bu artıq mənimlə sənin aranda ayrılıq vaxtıdır. Dözə bilmədiyin şeylərin yozumunu sənə xəbər verəcəyəm!

79. Belə ki, gəmi dənizdə çalışan-vuruşan bir dəstə yoxsula məxsus idi. Mən onu xarab etmək istədim, çünki həmin adamların arxasında hər bir saz gəmini zorla ələ keçirən bir padşah var idi.

80. Oğlana gəldikdə, onun ata-anası mömin kimsələr idi. Buna görə də biz ata-anasını da azğınlığa və küfrə sürükləməsindən qorxduq.

81. Və Rəbbinin onun əvəzində onlara daha təmiz və (ata-anasına qarşı) daha mərhəmətli olan başqa bir övlad verməsini istədik.

82. Divara gəldikdə isə, o, şəhərdə olan iki yetim oğlanın idi. Altında onlara çatası bir xəzinə vardı. Onların atası əməlisaleh (bir adam) idi. Rəbbin onların həddi-büluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini tapıb çıxartmalarını istədi. Mən bunları öz-özümdən etmədim. Sənin səbr edib dözə bilmədiyin şeylərin yozumu budur!” (əl-Kəhf: 60-82).

Kitab əhlindən bəziləri deyirlər ki, Xıdırın yanına yollanan Musa, Musa ibn Mənsa ibn Yusuf ibn Yəqib ibn İshaq ibn İbrahim əl-Xəlildir. Onların məlumatlarını məqbul sayan bəzi müsəlman elm adamları da bu fikri dəstəkləyiblər. Onlardan Novf ibn Fudalə əl-Himyəri əş-Şami əl-Bukəlini misal çəkmək olar. Deyilənə görə o dəməşqlidir. Onun anası Kəəb əl-Əhbarın həyat yoldaşı olmuşdu.



Amma daha doğru fikir budur ki, Xıdır ilə görüşən İsrail oğullarına peyğəmbər göndərilən məşhur Musa ibn İmrandır. Bunu Qurani-Kərim və səhih hədislər də təsdiq edir.

Buxari342 Səid ibn Cubeyrdən rəvayət edir ki, o, İbn Abbasdan  belə soruşmuşdu: "Novf əl-Bukəli iddia edir ki, Xıdır ilə görüşən Musa, İsrail oğullarına peyğəmbər göndərilən Musa deyil". İbn Abbas  dedi: "Allah düşməni yalan danışır! Ubey ibn Kəəb  bizə danışırdı ki, o Peyğəmbərin  belə dediyini eşitmişdi: "Musa İsrail oğullarına vəz verəndə ondan: "Ən elmli insan kimdir?" – deyə soruşmuşdular. Musa isə demişdi: "Mən". Uca Allah bu cavabına görə onu qınamışdı. Çünki onu ən kamil elm sahibi təyin etməmişdi. Uca Allah ona vəhy edib bildirdi ki, iki dənizin qovuşduğu yerdə Mənim bir bəndəm var. O səndən də çox bilir. Musa dedi: "Ey Rəbbim! Mən onu necə görə bilərəm?" O dedi: "Sən özünlə bir balıq götür və zənbilə qoy. Balığı harada itirsən orada onu görə biləcəksən". Musa balığı zənbilə qoyub köməkçisi Yuşa ibn Nun ilə yola düşdü. Onlar bir daşın yanına gəldikdə başlarını qoyub yatdılar. Balıq zənbilin içərisində çırpınıb dənizə düşdü. Balıq sərbəst şəkildə dənizdə üzməyə başladı, lakin Uca Allah suyu üzülməz etdi. Sanki su balığın önündə bir qübbə şəklini almışdı. Onlar yuxudan oyananda yol yoldaşı balıq barədə danışmağı unutdu. Onlar günün və gecənin qalan hissəsini yol getdilər. Ertəsi gün Musa köməkçisinə dedi: «“Nahar yeməyimizi gətir. Bu səfərimiz bizi lap əldən saldı!”» Musa Uca Allahın əmr etdiyi yeri keçənə qədər səfərin yorğunluğunu hiss etməmişdi. Köməkçisi ona dedi: «“Görürsənmi, biz (həmin yerdə) qayanın yanında gizləndiyimiz zaman mən balığı unutdum. Doğrusu, onu xatırlamağı mənə yalnız Şeytan unutdurdu. (Balıq dirilib) əcaib bir şəkildə dənizə yollanmışdır!”» Bu balıq üçün dəniz yolu, Musa və köməkçisi üçün qəribəlik idi. Musa ona dedi: «“Elə istədiyimiz də (axtardığımız da) budur!” Onlar öz ləpirlərinin izinə düşüb gəldikləri yolla geri (iki dənizin qovuşduğu yerə) qayıtdılar.» Onlar ləpirlərin izi ilə yolu izləyə-izləyə daşın yanına gəlib çatdıqda orada paltarına bürünüb oturmuş bir nəfər kişi gördülər. Musa ona salam verdi. Xıdır dedi: "Heç belə yerdə salamat olmaq olar?!" O dedi: "Mən Musayam". Xıdır dedi: "İsrail oğullarının Musası?" O dedi: "Bəli. Öyrədildiyin doğru yolu göstərən elmdən mənə öyrətməyin üçün sənin yanına gəlmişəm". «(Xıdır) belə cavab verdi: “Sən mənimlə bir yerdə olsan (görəcəyim işlərə) əsla dözə bilməzsən.» "Ey Musa! Allah mənə Öz elmindən sənin bilmədiyini öyrətmişdir. Sənə də Öz elmindən mənim bilmədiyimi öyrətmişdir". Musa dedi: «“İnşallah, səbirli olduğumu görəcəksən. Sənin heç bir əmrindən çıxmayacağam!”» Xıdır isə ona belə dedi: «“Əgər mənə tabe olacaqsansa, səbəbini sənə izah etməyincə məndən heç bir şey haqqında soruşma!” 71. Bundan sonra onlar durub yola düşdülər.» Dənizin sahili ilə yol gedirdilər ki, bir gəmi gördülər. Onlar gəmidəkilərlə danışıb onları da özləri ilə gəmiyə götürməyi xahiş etdilər. Onlar Xıdırı tanıyıb heç bir təmənnasız onları gəmiyə mindirdilər. Gəmiyə minən kimi Xıdır əlindəki çəkic ilə gəminin bir taxtasını qopartdı. Musa dedi: Camaat bizi havayı gəmiyə mindirir, sən isə onların gəmisinin taxtasını qırırsan. «“Sən gəmidə olanları suya qərq etmək üçünmü gəmini deşdin? Doğrusu, (günahı) böyük bir şey etdin”. 72. (Xıdır) belə cavab verdi: “Sənə demədimmi ki, mənimlə bir yerdə olanda əsla dözə bilməzsən?” 73. (Musa) dedi: “Unutduğum bir şeyə görə məni danlama və məni öz işimdə (sənə tabe olmaqda) çətinliyə salma!”» Rəvayətçi deyir ki, Peyğəmbər bu yerdə dedi: "Musa birinci etirazını unudub demişdi". Onlar gəmidə olarkən bir sərçə gəlib gəminin kənarında oturdu. Dimdiyi ilə dənizə baş vurdu. Xıdır Musaya dedi: "Mənim və sənin elmin Allahın elmi yanında bu sərçənin dimdiyi ilə dənizə göstərdiyi təsir kimidir".

Sonra onlar gəmidən düşdülər və dənizin sahili ilə gedərkən Xıdır uşaqlarla oynayan bir uşağa yaxınlaşdı və əli ilə başından tutub başını qopartdı, öldürdü. Musa dedi: «“Pak (məsum) bir canamı qıydın? Doğrudan da, çox pis bir şey etdin”. 75. (Xıdır) yenə belə cavab verdi: “Sənə demədimmi ki, mənimlə birlikdə olanda əsla dözə bilməzsən?» Bu birincidən daha pis idi. «76. (Musa) dedi: “Əgər bundan sonra səndən bir şey barəsində xəbər alsam, bir daha mənimlə yoldaşlıq etmə. Sən artıq mənim diləyəcəyim son üzrxahlığa çatdın”. 77. Sonra yenə yola düzəlib getdilər. Axırda bir məmləkət əhlinə yetişib onlardan yeməyə bir şey istədilər. Əhali onları qonaq etmək (Musaya və Xıdıra yemək vermək) istəmədi. Onlar orada yıxılmaq (uçulmaq) üzrə olan bir divar gördülər. (Xıdır) onu düzəltdi.» Musa dedi: "Biz bunlara pənah gətirdik, amma onlar bizi nə qonaq etdilər, nə də yemək verdilər". «“Əgər istəsəydin, sözsüz ki, bunun müqabilində bir müzd (çörək pulu) alardın.” 78. (Xıdır) dedi: “Bu artıq mənimlə sənin aranda ayrılıq vaxtıdır. Dözə bilmədiyin şeylərin yozumunu sənə xəbər verəcəyəm!... (82-ci ayəyə qədər)» Peyğəmbər dedi: "İstəyərdik ki, Musa səbir edərdi ki, Allah təala da bizə onların hekayəsini xatırlatsın"."


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   400   401   402   403   404   405   406   407   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin