Rəhman və Rəhim olan Allahın adı ilə


«Buna yalnız səbr edənlər qovuşarlar!»



Yüklə 3,81 Mb.
səhifə411/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   407   408   409   410   411   412   413   414   ...   532
«Buna yalnız səbr edənlər qovuşarlar!» Ali axirət həyatına aparan bu tövsiyəni, sözləri və yüksək həvəsi yalnız qəlbini Allah doğru yola yönəldən və sabitqədəm olan kimsələr əldə edə bilərlər.

Sələflərin bu mənada gözəl sözü var: "Allah, şübhə ilə qarşılaşan bəndəsinin açıq gözünü, şəhvətlə üzləşənin isə kamil ağlını sevər".

Uca Allah buyurur: «81. Nəhayət, onu (Qarunu) sarayı ilə birlikdə yerə gömdük. Allaha qarşı ona yardım edə biləcək bir camaat da yox idi. O, özü də özünə heç bir kömək edə bilmədi.» Uca Allah Qarunun zinətlənib xülya içində camaat önünə çıxmasını və bununla qövmü önündə fəxr etməsini xatırlatdıqdan sonra deyir: «onu (Qarunu) sarayı ilə birlikdə yerə gömdük.» Buxari358 Peyğəmbərdən  rəvayət edir: "Bir kişi paltarı yerlə sürünə-sürünə gəzərkən yerə gömüldü. O, Qiyamətə qədər yerin altında batıb qalacaqdır."

Sonra Buxari359 eyni məzmunlu rəvayəti Əbu Hureyrənin  Peyğəmbərdən  rəvayət etdiyini qeyd edir.

İbn Abbas360  və Suddidən belə rəvayət olunur: "Qarun bir nəfər pozğun qadına bir az mal verib ondan camaatın arasında: Musa mənə qarşı belə-belə edib! – deməsini tələb etdi. Deyilənə görə qadın Musaya belə də dedi. Bunu eşidən Musa qorxusundan titrədi. O iki rükət namaz qılıb qadına tərəf gəldi və ona and verib bunu ona öyrədənin kim olduğunu soruşdu. Qadın dedi ki, bunu ona Qarun belə öyrədib. Qadın Allaha tövbə edir və bağışlanma diləyir. Bu məqamda Musa səcdəyə qapanır və Qarun üçün bəd dua edir. Uca Allah da ona vəhy edir və deyir: "Mən yerə tapşırmışam ki, onun barəsində sənin əmrinə itaət etsin". Musa yerə onu və qəsrini udmağı əmr etdi. Yer də deyiləni icra etdi. Daha doğrusunu Allah bilir".

Deyilənə görə Qarun zinətlənib qövmünün qarşısına çıxarkən böyük dəstəsi, qatırları və geyim-keçimi ilə insanlara Allahı xatırladan Musanın olduğu məclisin yanından keçdi. Onu görənlərin çoxusu üzünü çevirib ona baxdı. Musa onu çağırıb dedi: "Nə üçün belə edirsən?!" O dedi: "Ey Musa! Sən peyğəmbərliyinlə məndən üstün olmusan, mən də mal-dövlətimlə səndən üstün olmuşam. İstəyirsən gəl mən sənə qarşı dua edim, sən də mənə qarşı!" Musa və Qarun camaatın önünə çıxdılar. Musa ona dedi: "Birinci sən dua edirsən, yoxsa mən?" O dedi: "Birinci özüm edirəm". Qarun dua etdi, amma onun Musaya qarşı olan duası qəbul olunmadı. Musa dedi: "İndi isə mən dua edimmi?" O dedi: "Bəli et!" Musa dedi: "Ey Allahım! Yerə əmr et, qoy bu gün mənə itaət etsin!" Allah ona vəhy etdi və razılığını bildirdi. Musa dedi: "Ey yer! Onların hamısını götür!" Yer onları topuqlarına qədər basdırdı. Musa dedi: "Onları götür!" Yer onları dizlərinə, sonra çiyinlərinə qədər götürdü. Musa dedi: "Onların xəzinələrini və mal-dövlətlərini də götür!" Yer onları da uddu. Hamı baxa-baxa qalmışdı. Sonra Musa əli ilə işarə edib dedi: "Ey Lavi oğulları, siz də gedin". Beləliklə onlar yerlə-yeksan oldular.

Qatadənin belə dediyi rəvayət olunur361: "Qiyamət qopana qədər hər gün onlara əzab veriləcəkdir".

Təfsirçilərin çoxu bu hadisə haqqında israiliyyatdan götürülmüş rəvayətlər qeyd edirlər. Biz isə bu rəvayətləri məqbul saymırıq deyə, qəsdən onları qeyd etmirik.

«Allaha qarşı ona yardım edə biləcək bir camaat da yox idi. O, özü də özünə heç bir kömək edə bilmədi.» Nə özü, nə də başqası ona kömək edə bilmədi. Digər ayədə deyilir: «10. (O gün) insanın nə bir qüvvəsi, nə də bir köməkçisi olar!» (Tariq: 10).

Qarunun başına o müsibət gələndə, torpağa gömülüb mal-dövləti, ev-eşiyi, ailəsi və mülkü məhv olanda, onun kimi varlı olmağı arzu edənlər peşman oldular. Öz bəndələrini istədiyi kimi gözəl tərzdə idarə etdiyinə görə Allaha şükür edib dedilər: «Əgər Allah bizə lütf etməsəydi, yəqin ki, bizi də yerə gömərdi. Sən demə, kafirlər nicat tapmayacaqlarmış!»

Sonra Uca Allah bildirir ki, «83. Biz bu axirət yurdunu» Bu elə bir məkandır ki, onu qazanan qibtə olunar, qazanmayan isə qəm-kədər görər. Ora əbədi həyat məkanıdır. Bu yurdu «yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətməyənlərə qismət edərik.» Təkəbbürlük fəxr etmək, özünü dartmaq və haqsızlıq etməkdir. Fitnə-fəsad isə ardıcıl və ya aram-aram günah işlərlə məşğul olmaq, insanların malını mənimsəmək, yaşamlarını korlamaq, pislik etmək və onlara xor baxmaqdır. Ayənin davamında deyilir: «(Ən gözəl) aqibət ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərindir!»

Qarunun hadisəsinin Misirdən çıxmadan əvvəl baş verməsi ehtimal oluna bilər. Bu ayə buna dəlalət edir: «Nəhayət, onu (Qarunu) sarayı ilə birlikdə yerə gömdük...» Məlumdur ki, saray yaşayış olan yerlərdə inşa edilir. Amma bu hadisənin səhrada azan vaxtlarda da baş verməsi mümkündür. Onu sarayı dedikdə çadırlarının qurulduğu məkan nəzərdə tutula bilər. Əntərə362 adlı şairin şerində bu mənada ifadə işlədilmişdir. Daha doğrusunu Allah bilir.

Uca Allah Qurani-Kərimin bir çox ayələrində Qarunu məzəmmət etmişdir: «23. Həqiqətən, Biz Musanı ayələrimizlə və açıq-aydın bir dəlillə göndərdik. 24. Fironun, (onun vəziri) Hamanın və Qarunun yanına. Onlar isə: “Bu sehrbazdır, yalançıdır!” – dedilər.» (Ğafir, Mumin: 23-24). Həmçinin Uca Allah əl-Ənkəbut surəsində Ad və Səmud qövmü haqqında xəbər verdikdən sonra buyurur:


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   407   408   409   410   411   412   413   414   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin