Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə415/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   411   412   413   414   415   416   417   418   ...   532
MUSANIN  BEYTÜL-ƏTİQİ (KƏBƏNİ) HƏCC ETMƏSİ

VƏ HƏCCİNİN VƏSFİ


İmam Əhməd374 İbn Abbasdan  rəvayət edir ki, Peyğəmbər  əl-Əzrəq vadisinin yanından keçərkən: "Bu hansı vadidir?" – deyə soruşdu. "Əl-Əzrəq vadisidir" – dedilər. Peyğəmbər  dedi: "Mən sanki enişdən aşağı enən Musaya baxıram. O, təlbiyə (Ləbbeykə Allahummə Ləbbeyk, Ləbbeykə Lə Şərikə Ləkə Ləbbeyk (Tərcüməsi: Mən Sənin qarşındayam, Allahım, mən Sənin qarşındayam! Sənin şərikin yoxdur, Sənin qarşın­dayam!).) edə-edə Allahın hüzuruna gedir." Sonra Peyğəmbər  Hərşa adlı enişə çatdı və: "Bu hansı enişdir?" – deyə soruşdu. "Bu Hərşa enişidir" – deyə cavab verdilər. Peyğəmbər  dedi: "Mən sanki Matta oğlu Yunusu qırmızı dəvənin üzərində təlbiyə duasını deyə-deyə enişdən endiyini görürəm. Onun əynində yun paltar, dəvəsinin başında isə lifdən yüyən vardır."

İmam Əhməd375 Mücahiddən rəvayət edir ki, bir gün onlar İbn Abbasın  yanında olarkən Dəccal haqqında danışırdılar. Bir nəfər dedi: "Onun iki gözü arasında K F R hərfləri yazılmışdır". O dedi: "Nə deyirlər?" Həmin adam dedi: "Deyirlər ki, onun iki gözü arasında K F R yazılmışdır". İbn Abbas  dedi: "Mən onun bunu dediyni eşitməmişəm. Amma onun belə dediyini eşitmişəm: "İbrahimi görmək istəyirsinizsə yoldaşınıza (yəni, Muhəmməd Peyğəmbərə ) baxın. Musanın necə olduğunu bilmək istəyirsinizsə o Uca boylu, qıvrım saçlı, yüyəni lifdən olan qırmızı dəvənin üzərindədir.Mən sanki indi onu görürəm. O təlbiyə duasını deyə-deyə vadidən aşağı enir"."

İmam Əhməd376 Əbu əl-Aliyədən rəvayət edir ki, Peyğəmbərinizin  əmisi oğlu İbn Abbas  bizə danışırdı ki, Allahın elçisi  belə demişdir: "Mən İsra gecəsində İmran oğlu Musanı gördüm. O, uca boylu, qıvrım saçlı idi. O Şənuə qəbiləsinin adamlarına oxşayırdı. Sonra Məryəm oğlu İsanı gördüm. O orta boylu, qırmızı-ağ dərili, düz saçlı idi."

İmam Əhməd377 Əbu Hureyrədən  rəvayət edir ki, Peyğəmbər  demişdir: "Mən Musanı gördüm." Sonra Musanı vəsf etdi. "Cəld hərəkətli, Şənuə qəbiləsinin adamları kimi qıvrım saçlı idi. Sonra İsa ilə qarşılaşdım." Peyğəmbər  onu da vəsf edib dedi: "Orta boylu, hamamdan çıxmış adam kimi qırmızı idi. Sonra İbrahimi gördüm. Mən ona ən çox bənzəyən övladıyam..." Hədisin davamı var.

Bu hədislərin çoxu İbrahim əl-Xəlilin hekayəsində qeyd edilmişdir.


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   411   412   413   414   415   416   417   418   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin