MUSANIN VƏFATI
Buxari378 Səhih kitabında Musanın vəfatını qeyd edir və deyir: "Əbu Hureyrə deyir ki, ölüm mələyi Musanın yanına göndərilir. O Musanın yanına gələndə Musa yumruqla onu vurdu". O isə Rəbbinin yanına qayıdıb dedi: "Sən məni ölmək istəməyən bir bəndənin yanına göndərmisən". Uca Allah dedi: "Onun yanına qayıt və ona de: qoy əlini öküzün dərisinə qoysun. Nə qədər tük qoparda bilsə hər tükə görə bir il ömürünü artıracağam". Mələk dedi: "Ey Rəbbim! Sonra nə olacaq?" Uca Allah dedi: "Sonra öləcək". Musa dedi: "Ey Rəbbim ölümüm gəlib çatdı! Sonra Allahdan istədi ki, onu Beytülmüqəddəsə bir daş atımı qalana qədər yaxınlaşdırsın". Əbu Hureyrə deyir ki, Peyğəmbər dedi: "Əgər mən orada olsaydım onun yolun kənarında qırmızı təpənin yanındakı qəbrini sizə göstərərdim."
Bəziləri iddia edirlər ki, Musa qövmünü səhradan çıxarmış və Beytülmüqəddəsə aparmışdır. Amma bu kitab əhlinin və əksər müsəlman alimlərinin dediyinə zidd bir fikirdir. O, ölüm ayağında olarkən: "Ey Rəbbim! Məni bir daş atımı qalana qədər Beytülmüqəddəsə yaxınlaşdır!" – deyib dua etməsi buna dəlalət edir. Əgər Musa artıq oraya daxil olmuşdusa belə dua etməzdi. O, səhrada azıb qalmış qövmü ilə birlikdə olduğu üçün ölüm ayağında hicrət etmək istədiyi yerə yaxın olmasını istədi. O, qövmünü bu torpaqlara daxil olmağa daim təşviq edirdi. Onun duası qəbul oldu və o Beytülmüqəddəsdən bir daş atımı yaxınlıqda vəfat etdi. Ona görə bəşəriyyətin ağası, Allahın bütün kainata göndərdiyi elçisi demişdir: "Əgər mən orada olsaydım onun yolun kənarında qırmızı təpənin yanındakı qəbrini sizə göstərərdim."
Biz yuxarıda da qeyd etmişdik ki, Musa ilə olanlardan heç kəs səhradan çıxmamışdı. Yalnız Yuşa ibn Nun və Musa ilə Harunun bacısının əri Kəlib ibn Yəfnə çıxmışdı. Onlar İsrail oğullarının Beytülmüqəddəsə daxil olmalarına işarə edən iki nəfər olmuşdular.
YUŞA İBN NUNUN PEYĞƏMBƏRLİYİ
Dostları ilə paylaş: |