Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə417/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   413   414   415   416   417   418   419   420   ...   532
MUSA  VƏ HARUNDAN  SONRA İSRAİL OĞULLARINA RƏHBƏRLİK ETMƏSİ
c a Allah Qurani-Kərimdə Yuşa ibn Nunun adını çəkməsə də, Xıdır peyğəmbərin hekayəsində onun haqqında xatırlatmışdır:

«Yadına sal ki, bir zaman Musa öz gənc dostuna belə demişdi:» (əl-Kəhf: 60). «62. Onlar keçib getdikləri zaman (Musa) gənc dostuna dedi: “Nahar yeməyimizi gətir...”» (əl-Kəhf: 62).

Buxarinin "Səhih" kitabında379 Ubeyy ibn Kəəb  rəvayət edir ki, Peyğəmbər  bu ayədəki gənc adamın Yuşa ibn Nun olduğunu demişdir.

Kitab əhli380 onun peyğəmbər olduğunu yekdilliklə qəbul ediblər. Onların "Samirra" adı ilə tanınan bir tayfası, Musadan sonra Yuşa ibn Nunun peyğəmbərliyindən başqa heç bir peyğəmbəri qəbul etmirlər. Onlara görə onun adı Tövratda açıq şəkildə qeyd edilmişdir. Halbuki onlardan sonrakı peyğəmbərlər də Allah tərəfindən göndərilən haqq elçilərdir. Bu elçiləri inkar edənlərə Allahın Qiyamətə qədər daimi lənəti vardır!

İbn Cərir ət-Təbərinin381 və digər təfsirçilərin Muhəmməd ibn İshaqdan nəql etdikləri rəvayətdə deyilir ki, guya peyğəmbərlik Musadan Yuşaya Musanın ömrünün sonunda keçmişdir. Belə ki, Musa Yuşa ilə qarşılaşır və Allahın ona göndərdiyi yeni əmr və qadağalar haqqında soruşur. Hətta Yuşa Musaya deyir: "Ey Kəlimullah! Mən səndən vəhy olunanlar haqqında soruşmurdum ki, sən özün Allahın vəhyini mənə danışırdın". Musa bu sözləri eşidəndə həyata nifrət edib, ölməyi daha üstün saydı.

Bu məqama nəzər salmaq lazımdır. Çünki Musaya vəfatına qədər vəhy gəlirdi. O, həyatının sonuna qədər şəriət hökmlərini, əmr və qadağaları çatdırır, Allahla danışırdı. O, ömrünün sonuna qədər Allahın ən hörmətli və ən şərəfli bəndəsi idi. Biz Buxarinin səhihindən onun ölüm mələyini vurub gözünü çıxartması hadisəsini xatırlatmışdıq. Uca Allah ölüm mələyini yenidən onun yanına göndərmiş və demişdi: "Ona de, əgər yaşamaq istəyirsə onda əlini öküzün dərisinə qoysun. Qopartdığı hər tükə görə bir il ömürünü uzadaram". Mələk dedi: "Sonra nə edim?" Allah buyurdu: "Sonra isə o öləcək". Vaxtı çatanda Musa özü dedi: "Ey Rəbbim indi vaxtımdır!" O Allahdan onu Beytülmüqəddəsə bir daş atımı qalana qədər yaxın etməsini istədi. Musanın bu istəyi də qəbul olundu.

Muhəmməd ibn İshaq bu rəvayətini Kitab əhlinin kitablarına əsasən deyirsə, onların Tövrat adlandırdıqları kitabda382 deyilir ki, Musanın son günlərinə qədər, hər dəfə ehtiyac olanda vəhy ona nazil olurdu. Onların kitablarında səyyar məbəddəki şəhadət sandığı haqqında yazılanlardan da bu anlaşılır.

Tövrat adlandırdıqları kitabın üçüncü383 bölümündə deyilir ki, Allah Musa və Haruna əmr etdi ki, İsrail oğullarını nəsillərə görə ayırsınlar. On iki nəslin hər birinə bir başçı, nəzarətçi təyin etsinlər. Bu hazırlıq, səhradan xilas olandan sonra nəhənglərlə döyüşmək üçün aparılan hazırlıq idi. Bu hazırlıq qırx ilin başa çatmasına az qalmış aparılırdı.

Bəziləri Musanın ölüm mələyinin gözünü vurub çıxarmasına açıqlama verərək deyirlər: Mələk başqa surətdə gəldiyi üçün Musa onu tanımayıb. Çünki Musaya onun vaxtında baş verəcəyini ehtimal etdiyi bir iş əmr olunmuşdu. Amma Allahın qədərində bunun Musanın sağlığında baş verməsi nəzərdə tutulmurdu. Bu hadisə onun köməkçisi Yuşa ibn Nunun vaxtında baş verməli idi.

Peyğəmbərimiz  də Şam tərəfdə Romalılara qarşı döyüşmək istəyirdi. O, Təbuka çatdı və elə həmin ildə, hicrətin doqquzuncu ilində geri qayıtdı. Qayıdandan sonra Şama göndərmək üçün Usamə ibn Zeydin  rəhbərlik edəcəyi qoşunu hazırladı. O, özü də Uca Allahın bu ayəsini: «29. Kitab əhlindən Allaha və Qiyamət gününə iman gətirməyən, Allahın və peyğəmbərinin haram buyurduqlarını haram bilməyən və haqq dini (islamı) qəbul etməyənlərlə zəlil vəziyyətə düşüb öz əlləri ilə cizyə verincəyə qədər vuruşun.» (Tövbə: 29) – örnək tutub onlarla döyüşə getmək istəyirdi.

Peyğəmbər  Usamənin  qoşununu hazırlayandan sonra vəfat etdi. Usamənin  qoşunu Curf adlı yerdə düşərgə salmışdı. Peyğəmbərin  dostu və xəlifə Əbu Bəkr əs-Siddiq  bu istəyi reallaşdırdı. Ərəbistan yarımadasında vəziyyət sabitləşdikdən və haqq-ədalət qalib gəldikdən sonra Əbu Bəkr  ətraf ərazilərə göndərmək üçün qoşunlar hazırladı. Fars imperatoru Xosrovun adamlarına qarşı döyüşmək üçün İraqa, Bizans imperatoru Qeysərin adamlarına qarşı vuruşmaq üçün isə Şama qoşunlar göndərdi. Allah onlara qələbə bəxş etdi və onlar həmin torpaqları fəth etdilər. Allahın köməkliyi ilə bu haqda öz məqamı gələndə384 sənə daha ətraflı məlumat verəcəyik.

Musa da belə etmişdi. Uca Allah ona İsrail oğullarını döyüşə hazırlamağı və hər nəsilə bir nəzarətçi təyin etməyi əmr etmişdi. Uca Allah buyurur: «12. Allah İsrail oğullarından əhd almışdı. Biz onlardan on iki nəzarətçi göndərmişdik. Allah buyurmuşdu: “Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, peyğəmbərlərimə iman gətirib onlara kömək etsəniz, Allaha (Allah yolunda) gözəl bir borc (sədəqə) versəniz, əlbəttə, günahlarınızın üstünü örtər və sizi (ağacları) altından çaylar axan Cənnətlərə daxil edərəm. Lakin bundan sonra sizdən hər kəs (əhdi pozaraq) küfr edərsə, o artıq doğru yoldan azmış olar!”» (əl-Maidə: 12). O onlara deyirdi: "Əgər siz mənim vacib buyurduqlarımı yerinə yetirib döyüşdən qaçmasanız, birinci dəfə boyun qaçırdığınızın cəzasını sizə bağışlayaram". Hudeybiyyə döyüşündə Peyğəmbərə  qoşulmayan bədəvi ərəblər haqqında Allah təala belə buyurur: «16. (Hüdeybiyyə səfərindən) geri qalan bədəvi ərəblərə de: “Siz (bir müddətdən sonra) çox güclü bir qövmlə vuruşmağa çağırılacaqsınız. Siz ya onlarla vuruşacaqsınız, ya da onlar dönüb müsəlman olacaqlar. Əgər itaət etsəniz, Allah sizə gözəl bir mükafat verər. Yox, əgər əvvəldə olduğu kimi (döyüşdən) üz çevirsəniz, (Allah) sizə ağrılı-acılı bir əzab verər”.» (əl-Fəth: 16). Uca Allah İsrail oğullarına da belə demişdi: «Lakin bundan sonra sizdən hər kəs (əhdi pozaraq) küfr edərsə, o artıq doğru yoldan azmış olar!”» (əl-Maidə: 12).

Sonra Uca Allah dinlərində ixtilafa düşdüklərinə görə Nəsraniləri məzəmmət etdiyi kimi, onları da pis davranışlarına, əhd-peymanı pozduqlarına görə məzəmmət etdi. "Təfsir" kitabımızda385 bu haqda ətraflı danışmışıq. Həmd Allaha məxsusdur.

Məqsəd odur ki, Uca Allah İsrail oğullarından döyüşəcək, əli silahlı adamların adlarını yazmağı, hər nəsilin üzərində bir nəfəri gözətçi qoymağı Musaya əmr etdi.

Birinci dəfə şəhərə daxil olmaqdan imtina edib, «Sən və Rəbbin gedib onlarla vuruşun. Biz isə burada oturacağıq”.» (əl-Maidə: 24) – deyən İsrail oğullarından heç kəs qalmamışdı (səhrada qırx il azıb qalanda hamısı məhv olmuşdu. Tərc.). Bunu İbn Abbas386 və bir neçə səhabə deyib. Həmçinin İbn Abbas və digər sələf alimləri deyirlər ki, Musa və Harun səhrada olarkən vəfat ediblər.




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   413   414   415   416   417   418   419   420   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin