Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə429/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   425   426   427   428   429   430   431   432   ...   532
«(Peyğəmbər onlara) dedi: “Allah sizdən ötrü onu (bəyənib) seçmiş, elm və bədəncə (qüvvəcə) ona üstünlük vermişdir.» Deyilənə görə ona döyüş üslubu öyərdilmişdi. Bəziləri isə deyirlər ki, ona hər cəhətdən elm verilmişdi. Bədəncə üstün olması isə boyunun uca, bəzi fikirlərə görə simasının gözəl olmasıdır. Amma ayənin zahiri məzmunundan görünür ki, o, Şamuel peyğəmbərdən sonra həm çox gözəl, həm də çox elmli idi. «Allah Öz mülkünü (səltənətini) istədiyinə verər.» Hökm etmək də, yaratmaq da, əmr etmək də sırf onun haqqıdır. «Allah (Öz lütfü və kərəmi ilə) genişdir, (Allah hər şeyi) biləndir!”»

«248. (İsrail övladının) peyğəmbəri onlara dedi: “(Talutun) padşahlıq əlaməti (Musaya verilən) sandığın sizə gəlməsidir. Onun içində (sizin üçün) Rəbbinizdən bir arxayınlıq, rahatlıq, həmçinin Musa və Harun nəslindən qalan şeylər vardır. Onu mələklər gətirəcək. Əgər siz möminsinizsə, bunda sizin üçün qəti dəlil vardır”.» Düşmənlərin zorla ələ keçirdikləri və buna görə onları təhqir etdikləri sandığın Allah tərəfindən geri qaytarılması onlara hökmdar təyin edilmiş həmin əməlisaleh adamın bərəkəti ilə baş verdi. Onlar bu sandığın səbəbi ilə döyüşlərdə düşmənlərinə qalib gəlirdilər.


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   425   426   427   428   429   430   431   432   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin