36. (Lakin) Şeytan onları azdırıb olduqları yerdən uzaqlaşdırdı. Biz də (Adəmə, Həvvaya və Şeytana): “Bir–birinizə düşmən kəsilərək (buradan kənar olub yer üzünə) enin! Yerdə sizin üçün müəyyən vaxta qədər (ömrünüzün axırınadək) sığınacaq və yaşayış (dolanacaq) vasitələri var”,–dedik.
37. (Nəhayət) Adəm Rəbbindən (bəzi xüsusi) kəlmələr öyrənərək (Həvva ilə birlikdə o kəlmələr vasitəsilə) tövbə etdi. Doğrudan da, O (Allah) tövbələri qəbul edəndir, mərhəmətlidir.
38. Biz (onlara) dedik: “Hamınız buradan (yer üzünə) enin! Mənim tərəfimdən sizə bir hidayət (peyğəmbər və Kitab) gəldiyi zaman Mənim hidayətimə tabe olanlara (axirət əzabından) heç bir qorxu yoxdur və onlar (Qiyamətdə) qəmgin olmazlar”.
39. Kafir olaraq ayələrimizi təkzib edənlər isə Cəhənnəmlikdirlər, onlar orada (atəş içində) əbədi qalacaqlar. (əl-Bəqərə: 36-39).
Bəzi təfsir alimləri deyiblər ki, birinci enmə Cənnətdən dünya səmasına, ikinci enmə isə dünya səmasından yerə enmək üçün deyilmişdir. Amma bu zəif görüşdür. Çünki ayədəki birinci enmə əmri artıq onların yerə enmələrini göstərir. "Biz də: “Bir-birinizə düşmən kəsilərək (buradan kənar olub yer üzünə) enin! Yerdə sizin üçün müəyyən vaxta qədər sığınacaq və yaşayış vasitələri var”, – dedik." (əl-Bəqərə: 36). Daha doğrusunu Allah bilir.
Düzgün fikir budur ki, əmr birdir, sadəcə təkrar deyilib. Amma Uca Allah hər əmr ilə fərqli hökmlər nazil edib. Birinci əmrdən sonra onların bir-birinə düşmən olduqlarını xatırlatdı. İkinci əmrdən sonra onlara nazil edəcəyi hidayət yoluna tabe olanın xoşbəxt, müxalif olanın bədbəxt olacağını bildirdi. Bu cür dil üslubunun Qurani-Kərimdə bir çox nümunəsi vardır.
Əbu Musa əl-Əşari t deyir ki, Allah Adəmi Cənnətdən yerə endirəndə ona hər şeyin emalını öyrətdi və ona Cənnətin meyvələrindən verdi. Sizin gördüyünüz bu meyvələr Cənnət meyvələrindəndir. Fərq ondadır ki, bu meyvələr xarab olur Cənnət meyvələri isə xarab olmaz.32
Əbu Hureyrə t Peyğəmbərin r belə dediyini rəvayət edir: "Günəşin doğduğu ən xeyirli gün cümə günüdür. Bu gündə Adəm xəlq olunub, Cənnətə daxil edilib və oradan çıxarılıb"33. Buxarinin "Səhih"ində nəql olunan başqa rəvayətdə "Qiyamət bu gündə qopacaqdır" – əlavəsi deyilir.
Dostları ilə paylaş: |