«Onun içində (sizin üçün) Rəbbinizdən bir arxayınlıq, rahatlıq, həmçinin Musa və Harun nəslindən qalan şeylər vardır. Onu mələklər gətirəcək.» Mələklər onu gözünüz görə-görə daşıyaraq gətirəcəklər ki, dediklərimin doğruluğunun sübutu və sizə hökmdar təyin edilmiş əməlisaleh adamın hakimiyyətinin haqq olduğunu sübut etsin və eyni zamanda Allahın möcüzəsi olsun. Ona görə ayənin sonunda deyilir: «...Əgər siz möminsinizsə, onda sizin üçün qəti dəlil vardır”.» Deyilənə görə Əmaliqələr bu sandığı götürəndə onun içərisində yuxarıda deyilən rahatlıq və mübarək qalıqlar var idi.
Rəvayətə görə Tövrat da onun içində idi. Sandıq onların əlinə keçdikdən sonra onu yaşadıqları yerdəki bütün altına qoydular. Səhər açılanda sandığın bütün başında olduğunu gördülər. Onu yenidən bütün altına qoydular. İkinci gün yenə də sandıq bütün başında oldu. Bu hal bir neçə dəfə təkrarlandıqdan sonra onlar bunun Allahın əmri olduğunu anlayıb sandığı yaşadıqları yerdən kənarlaşdırıb tabelərində olan bir kəndə yerləşdirdilər. Onların boynuna bir xəstəlik düşdü. Bu xəstəlik uzun sürdükdə onlar həmin sandığı arabaya qoyub iki baş öküzün arxasına qoşaraq yola saldılar. Mələklər öküzləri İsrail oğullarının yaşadıqları yerə gətirdilər. Peyğəmbərləri necə demişdisə, hadisə də hamının gözü önündə eyni şəkildə baş verirdi. Mələklərin onu necə gətirməsini Allah bilir.
Ayənin məfhumuna görə sandığı mələklər özləri gətiriblər. Amma daha doğrusunu Allah bilir. Çünki əksər təfsir alimləri yuxarıda dediyimiz açıqlamanı əsas gətirirlər.
Dostları ilə paylaş: |