«249. Talut qoşunu ilə ayrıldığı zaman (əsgərlərinə) dedi: “Allah sizi (axar) bir çay vasitəsilə imtahan edəcək. Kim onun suyundan içsə, o məndən (mənə tabe olanlardan) deyildir. Kim ondan dadmasa, dadsa da, bir ovucdan artıq içməsə, o məndəndir”!» İbn Abbas və əksər təfsirçilər deyirlər ki, bu çay "Şəriət çayı" adlandırılan İordan çayıdır. Allahın əmri ilə Talutun qoşunu bu çayın qarşısında imtahana çəkilmişdi. Talut Allahın əmrini onlara çatdırıb dedi: "Qoşundan kim bu çaydan içəcəksə, bu döyüşdə mənimlə iştirak etməsin. Mənimlə yalnız bu çaydan bir ovucdan artıq su içməyənlər gəlsinlər". Uca Allah buyurur: «Lakin onların az bir qismi müstəsna olmaqla, (hamısı) o sudan içdi.»
Buxari "Səhih" kitabında420 Bəra ibn Azibdən rəvayət edir ki, "biz Peyğəmbərin əshabələri, Bədr döyüşündə iştirak edənlərin sayının Talut ilə çayı keçənlərin sayı qədər olmasını deyirdik. Çayı keçənlərin sayı üç yüz on neçə nəfər olmuşdu."
Uca Allah buyurur: «O (Talut) və onunla birlikdə olan möminlər (çayı) keçdikdən sonra dedilər: “Bu gün bizim (düşmən tərəfin hökmdarı) Calut və onun qoşunu ilə vuruşmağa taqətimiz yoxdur”!» Onlar özlərini sayca az, düşməni isə çox görüb düşmənə müqavimət göstərmək üçün zəif olduqlarını hesab etdilər. «(İçərilərindən) Allahın rəhmətinə qovuşacaqlarına inananlar isə dedilər: “Neçə dəfə olub ki, az bir dəstə Allahın izni ilə çox bir dəstəyə qalib gəlib! Allah səbr edənlərlədir!”» Şücaətli, imanlı, yəqinli və çətinliklərə səbrlə sinə gərən döyüşçüləri onları həvəsləndirirdilər.
Dostları ilə paylaş: |