Rəhman və Rəhim olan Allahın adı ilə


«250. Onlar Calut və əsgərləri ilə qarşılaşdıqları zaman dedilər: “Ey Rəbbimiz, bizə bollu səbr və dizimizə



Yüklə 3,81 Mb.
səhifə432/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   428   429   430   431   432   433   434   435   ...   532
«250. Onlar Calut və əsgərləri ilə qarşılaşdıqları zaman dedilər: “Ey Rəbbimiz, bizə bollu səbr və dizimizə (ayaqlarımıza) qüvvət ver! Bizə kafir qövm üzərində qələbə qazandır!”» Onlar üzərilərinə Allahdan səbr nazil olmasını istədilər ki, qəlbləri rahat olsun, təlaşa düşməsin. Ayaqları isə döyüş meydanında, qəhrəmanlıq səhnəsində büdrəməsin. Onlar həm zahiri, həm də daxili dözümlülük istəyirdilər. Həm özlərinin, həm də Allahın düşmənlərinə qalib gəlmək üçün dua edirdilər.

Hər şeyi eşidən, görən, hikmət və elm sahibi olan Əzəmətli və Qüdrətli Allah onların dualarını qəbul edib istədiklərini əta etdi. Buna görə ayədə deyilir: «251. Nəhayət, onlar Allahın izni ilə» Düşmənlərinin çox sayda olmasına rəğmən, onlar özlərinin məharəti, qüvvəti və ya sayı ilə deyil, sırf Allahın qüvvəti və köməyi ilə qalib gəldilər. Bu mənada Uca Allah başqa ayədə belə buyurur: «123. (Ey Rəsulum!) Həqiqətən, siz Bədrdə (düşmənə nisbətən az və) zəif olduğunuz halda, Allah sizə yardım etdi. (Allaha) şükür edən olmaq üçün Allahdan qorxun!» (Ali İmran: 123).

Uca Allah buyurur: «Davud Calutu öldürdü. Allah Davuda həm hökmranlıq, həm də hikmət (peyğəmbərlik) verdi və ona istədiyini öyrətdi.» Bu ayə Davudun şücaətini bildirir. O, Calutu öldürməklə onun qoşununu alçaltmış və onları qorxuya salmışdı. Döyüşdə qarşı tərəfin padşahını öldürməkdən daha təsirli heç nə yoxdur. Belə döyüşçü qənimətdən böyük pay əldə edir, qəhrəman və şücaətli insanları geridə qoyur. Bunu etməklə iman sözünü bütlərə qalib etmiş, Allah dostlarını düşmənlərindən yuxarı tutmuş, haqq dini batil inanclardan üstün etmiş olur.

 


 

DAVUD PEYĞƏMBƏR




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   428   429   430   431   432   433   434   435   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin