79. ...Biz dağları və quşları Davudla birlikdə (Allahı) təqdis edib tərifləsinlər deyə ona ram etdik. Bunları (sizə təəccüblü görünsə də, lövhi-məhfuzdakı əzəli hökmümüzlə) Biz etmişdik.
80. Biz (Davuda) sizi (düşmənlə) vuruşda qorumaq üçün zireh (toxumaq) sənətini öyrətdik. (Ey Məkkə əhli! Rəbbinizin bu nemətinə) artıq şükür edərmisiniz? (əl-Ənbiya: 79-80).
Döyüşçülərini düşmənin zərbəsindən qorusun deyə Uca Allah ona dəmir zireh toxumağı öyrətdi, işin necə görülməsini ona çatdırdı və dedi: «toxuduğun zaman ölçüyə riayət et!» Yəni rahat hərəkət etməsi üçün onları nə çox sıx etmə, tez dağılmasın deyə də çox boş etmə. Mucahid, Qatadə, əl-Həkəm və İkrimə adlı alimlər bu ayəni belə izah ediblər. Həsəl əl-Bəsri, Qatadə və əl-Əməş adlı alimlər isə deyirlər: "Uca Allah dəmiri onun üçün o qədər yumşaq etmişdi ki, onu isitmədən, çəkic ilə döymədən əli ilə istədiyi formaya salırdı". Qatadə deyir: "Zirehi ilk dəfə halqalardan düzəldən o olmuşdu. Ondan əvvəl zirehləri lay dəmirdən hazırlayırdılar". İbn Şovzəb deyir: "O hər gün bir zireh düzəldib altı min dirhəmə satırdı".
Səhih hədisdə deyilir: "İnsanın ən yaxşı qidası öz qazancıdır. Allahın peyğəmbəri Davud da öz əlinin qazancından yeyirdi."422
Dostları ilə paylaş: |