Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə437/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   433   434   435   436   437   438   439   440   ...   532
DAVUDUN  ZİKRİ
17. (Ey Peyğəmbər!) Onların dediklərinə səbr et və qüvvətli bəndəmiz Davudu yadına sal! Çünki o, daim Allaha sığınan bir kimsə idi.

18. Biz dağları ona ram etmişdik. Onlar axşam-səhər onunla birlikdə (Allahı) təqdis edib şəninə təriflər deyərdilər.

19. Biz quşları da toplu halda (onun ixtiyarına vermişdik), hamısı ona tərəf yönəlməkdə idi.

20. Biz onun mülkünü (səltənətini) möhkəmləndirmiş, ona hikmət (peyğəmbərlik)(haqla batili ayırd edib) düzgün hökm vermək qabiliyyəti bəxş etmişdik. (Sad: 17-20).

Mucahid423 deyir: "Ayədəki «qüvvətli bəndəmiz» – Allaha itaətdə qüvvətli olan mənasındadır. Yəni, o, ibadətlərini və yaxşı işlərini edərkən dözümlülük nümayiş etdirirdi. Qatadə424 deyir: "Ona ibadətdə dözümlülük, İslamda425 isə müdriklik verilmişdi".

"İki Səhih" kitabda deyilir ki, Peyğəmbər  demişdir: "Allaha ən sevimli namaz Davudun namazıdır. Allaha ən sevimli oruc da Davudun orucudur. O gecənin yarısını yatır, üçdə birini namaz qılır, sonra altıda biri qədər yatırdı. O bir gün oruc tutur, bir gün isə iftar edirdi. Düşmənlə üz-üzə gəldikdə isə meydandan qaçmırdı."426


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   433   434   435   436   437   438   439   440   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin