Rəhman və Rəhim olan Allahın adı ilə


DAVUDA  HÖKMDARLIĞIN VƏ PEYĞƏMBƏRLİYİN BİRLİKDƏ VERİLMƏSİ



Yüklə 3,81 Mb.
səhifə439/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   435   436   437   438   439   440   441   442   ...   532
DAVUDA  HÖKMDARLIĞIN VƏ PEYĞƏMBƏRLİYİN BİRLİKDƏ VERİLMƏSİ
Uca Allah buyurur: «20. Biz onun mülkünü (səltənətini) möhkəmləndirmiş, ona hikmət (peyğəmbərlik)(haqla batili ayırd edib) düzgün hökm vermək qabiliyyəti bəxş etmişdik.» (Sad: 20). Biz ona böyük mülk və keçərli hökm bəxş etmişik. Ona hikmət, yəni peyğəmbərlik vermişik. Həmçinin ona həm danışığında, həm də hakimlik etdiyi məsələlərdə düzgün danışıq və seçim etmə qabiliyyəti vermişdik. İbn Cərir də ayənin bu cür açıqlanmasının tərəfdarıdır.

DAVUDUN  TÖVBƏSİ
21. (Ey Peyğəmbər!) Sənə (Davudun pad­şah­­lığı vaxtı) dava edənlərin xəbəri gəlib çatdımı? O zaman onlar (Davuda məxsus) məbədə (ibadət vaxtı ora daxil olmaq qa­da­ğan edildiyi üçün) divardan aşıb gəl­miş­dilər.

22. Onlar Davudun yanına gəldikdə (Da­vud) onlardan (məbədə qapıdan deyil, di­var­dan aşıb daxil olduqları üçün) qorxdu. Onlar dedilər: “Qorxma, biz bir-birimizə haqsızlıq etmiş iki iddiaçıyıq. Aramızda ədalətlə hökm et, haqqı tapdalama (heç bi­ri­mizin tərəfini saxlama) və bizə doğru yolu göstər!”


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   435   436   437   438   439   440   441   442   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin