DAVUDUN BƏZİ ÜSTÜN CƏHƏTLƏRİ VƏ KƏLAMLARI Davudədalətinə, çoxlu ibadətinə və müxtəlif müti əməllərinə görə öz vaxtında örnək tutulan bir insan idi. O ailəsi ilə birlikdə gecə-gündüz vaxtaşırı ibadətlərini edirdi. Uca Allah buyurur: «Siz, ey Davud ailəsi! Şüküredin! Bəndələrimdən (nemətlərimə) şükür edəni azdır!»(Səba: 13).
Hafiz İbn Əsakir Davudhaqqında yazarkən çoxlu maraqlı ifadələr işlətmişdir. Onlardan aşağıdakıları qeyd etmək olar:
Yetim üçün rəhimli ata kimi ol. Bil ki, nə əksən onu da biçəcəksən.
Camaata müraciət edən axmaq adamın məsəli, meyidin başı üstündə mahnı oxuyan adamın məsəli kimidir.
Varlılıqdan sonra kasıbçılıq necə də pisdir! Haqq yoldan azıb zəlalətə düşmək bundan da pisdir.
Camaat arasında barəndə danışılmasını istəmədiyin şeyləri fikirləş və tənha olanda həmin işləri etmə.
Qardaşına qarşı etməyəcəyin bir işi, onun sənə qarşı edəcəyini fikirləşmə. Bu səninlə onun arasına düşmənçilik salar.
DAVUDUN VƏFATI
Kitabin əvvəlində Adəmin yaradılışı haqqında hədislər qeyd etmişdik439. Uca Allah Adəmin belindən zürriyyətini çıxartdıqda onaların arasında peyğəmbərləri də gördü. Peyğəmbərlərin arasında isə bir nəfərin seçildiyini müşahidə etdi və dedi: "Ey Rəbbim! Bu kimdir?" O: "Bu sənin oğlun Davuddur". Adəm: "Ey Rəbbim! O neçə il yaşayacaq?" O: "Altmış il". Adəm: "Ey Rəbbim! Onun ömrünü artır". O: "Xeyr, bunu yalnız sənin ömründən götürüb edə bilərəm". Adəmin ömrü min il idi. Ondan qırx il götürüb Davudun ömrünə əlavə etdi. Adəmin ömrü başa çatanda ölüm mələyi onun canını almağa gəldi. Adəm dedi: "Mənim ömrümün başa çatmasına hələ qırx il qalıb". Adəm ömrünün qırx ilini Davuda hədiyyə etdiyini unutmuşdu.