DAVUDUN OĞLU
SÜLEYMAN PEYĞƏMBƏR
Uca Allah buyurur:
16. Süleyman Davuda vərəsə oldu və dedi: “Ey insanlar! Bizə quş dili öyrədildi və hər şeydən verildi. Bu, həqiqətən açıq-aşkar bir lütfdür!” (ən-Nəml: 16).
Onun vərəsəliyi peyğəmbərlik və hakimiyyət vərəsəliyi idi. Burada mal-dövlət vərəsəliyi nəzərdə tutulmur. Çünki Davudun Süleymandan başqa övladları da var idi. O, mal-dövləti təkcə ona verəsi deyildi. Səhih hədislər toplusunda və digər kitablarda bir çox səhabələrdən belə hədis rəvayət olunur: "Biz vərəsəlik mal-dövlət qoymuruq. Nəyimiz varsa hamısı sədəqə sayılır." Hədisin bəzi mətnlərində isə belə deyilir: "Biz peyğəmbərlər toplumu vərəsəlik mal-dövlət qoymuruq."440
Doğru danışdığına şahidlik edilən Peyğəmbər peyğəmbərlərin digər insanlardan fərqli olaraq mal-dövlətdən miras qoymadıqlarını deyir. Onların qoyub getdikləri mal-dövlət kasıblara və möhtaclara sədəqə kimi paylanır. Onlar bu mal-dövləti yaxın qohumlarına qoyub getmirlər. Dünya malı, peyğəmbərləri seçib göndərən üçün nə qədər dəyərsizdirsə, peyğəmbərlərin gözündə də bir o qədər dəyərsizdir.
Dostları ilə paylaş: |