Rəhman və Rəhim olan Allahın adı ilə


«Ona» dünyada şahlara lazım olan «hər şey verilmişdir. Onun çox böyük



Yüklə 3,81 Mb.
səhifə451/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   447   448   449   450   451   452   453   454   ...   532
«Ona» dünyada şahlara lazım olan «hər şey verilmişdir. Onun çox böyük (əzəmətli)» ləl-cəvahirlə, mirvari, qızıl və qiymətli daş-qaşla bəzədilmiş «bir taxtı vardır.»

Sonra onların Allaha küfr etdiklərini, Allahı qoyub günəşə sitayiş etdiklərini, şeytanın onları necə aldatdığını və heç bir şəriki olmayan Allahın yolundan azdırdığını onun nəzərinə çatdırdı. Halbuki göylərdə və yerdə gizli nə varsa, nəyi sirr saxlayırlarsa onların hamısını bilən Odur. Canlı və cansızların sirrini biləndir. «26. O böyük Ərşin Rəbbi (sahibi) olan Allahdan başqa heç bir haqq ilah yoxdur!”» Ən böyük taxt, Ərş Ona məxsusdur. Məxluqatın ondan daha əzəmətli taxtı ola bilməz.

Süleyman bunları eşidən kimi oraya elçi göndərib onları Allaha və rəsuluna itaət etməyə dəvət etdi, onun hakimiyyətinə tabe olmağı şərt qoydu və dedi: «”Mənə qarşı təkəbbür göstərməyin və yanıma müti (müsəlman) olaraq gəlin!"» Mənim dəvətimə saymazlıqla yanaşmayın. Allaha təslim olaraq yanıma gəlin.

Quş Süleymanın məktubunu Bəlqisə çatdırdı. Bundan sonra insanlar göyərçindən elçi kimi istifadə etdilər. Amma o hara, bu hara?! Elçilik edən həmin quş itaətkar, dediyini və ona deyiləni anlayan bir varlıq idi. Təfsirçilər və digər elm adamları deyirlər ki, padşah təklikdə olanda hüd-hüd məktubu gətirib onun qarşısına atdı, özü isə kənara çəkilib onun nə deyəcəyini gözlədi.

O əyan-əşrəfini, yüksək səviyyəli dövlət məmurlarını məşvərətə topladı. «29. (Bəlqis) dedi: “Ey əyanlar! Mənə çox hörmətli bir məktub göndərildi.» Sonra məktubun kimdən gəldiyini söylədi: «30. O məktub Süleymandandır» Sonra isə məktubun məzmununu oxudu: «və o “bismillahir-rəhmanır-rəhim”lədir (bismillahla başlanır). 31. ”Mənə qarşı təkəbbür göstərməyin və yanıma müti (müsəlman) olaraq gəlin!» Bəlqis ədəb-ərkan baxımından qarşılaşdığı işə dair onlarla məşvərət edir və üzünü onlara tutub deyir: «“Ey əyanlar! Bu iş barəsində mənə rəyinizi bildirin. Mən sizinlə məsləhətləşməmiş heç bir iş görən (hökm verən) deyiləm!”» Sizdən xəbərsiz heç bir iş görmərəm. «33. Onlar dedilər: “Biz böyük bir qüvvət və qüdrət sahibiyik.» Bizim istənilən orduya müqavimət göstərməyə və qalib gəlməyə yetərincə gücümüz, qüvvəmiz var. Əgər sən döyüş barəsində fikrimizi bilmək istəyirsənsə biz bunu bacararıq. Bununla yanaşı «Hökm sənindir. Nə əmr edəcəyinə özün bax (fikirləş)!”» Onlar özlərini itaətkar və müti göstərdilər. Öz bacarıqlarını onun nəzərinə çatdırıb həm özünə, həm də camaatına sərf edən qərarı qəbul etmək ixtiyarını onun öhdəsinə buraxdılar. Bəlqisin qərarı onların qərarından daha tutarlı oldu. Belə ki, o, bu məktubu yazanın məğlub olmayacağını dərk edirdi.


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   447   448   449   450   451   452   453   454   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin