41. (Süleyman) dedi: “(Bəlqisin) taxtını tanımaz hala salın, görək onu tanıyacaq, ya yox?!”
42. (Bəlqis) gəldikdə ona: “Taxtın bu cürdürmü?” – deyildi. O da: “Sanki odur!” – deyə cavab verdi. (Süleyman qadının dərin zəka sahibi olduğunu görüncə dedi:) “Bizə ondan daha öncə (tövhid haqqında) elm verilmiş və biz (ondan daha qabaq Allaha) müti (müsəlman) olmuşuq!”
43. (Süleyman) ona Allahdan başqasına (günəşə, aya) ibadət etməyi qadağan etdi. Çünki o, kafir bir tayfadan idi.
44. (Bəlqəsin əqlini, zəkasını yoxlamaq məqsədilə) ona belə deyildi: “Saraya daxil ol!” Sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi və (paltarı islanmasın deyə) ətəyini qaldırdı (baldırlarını açdı). O (Süleyman): “Bu (su deyil) büllurdan tikilmiş (şəffaf) bir saraydır!” – dedi. (Bəlqis) dedi: “Ey Rəbbim! Mən (günəşə sitayiş etməklə) özümə zülm etmişdim. Mən artıq Süleymanla (Süleymanın sayəsində) aləmlərin Rəbbi olan Allaha təslim oldum!” (ən-Nəml: 38-44).
Süleyman cinlərə Bəlqisin taxtını onun gəlişindən əvvəl gətirməyi əmr edəndə «39. Cinlərdən olan (çox qüvvətli və nəhəng) İfrit dedi: “Sən yerindən (taxtından) qalxmamış mən onu sənə gətirərəm".» Sənin hakimlik məclisin qurtarmamış onu sənə gətirərəm. Deyilənə görə bu vaxt, səhərdən günorta üstünə qədər idi. O, bu vaxt ərzində İsrail oğullarına diqqət ayırır, işlərini sahmana salırdı. «Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam!» Mənim Bəlqisin taxtını götürüb gətirməyə gücüm çatar. Mən taxtın üzərində olan sənin qiymətli hesab etdiyin ləl-cəvahirata əlimi belə vurmaram.
Dostları ilə paylaş: |