Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə456/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   452   453   454   455   456   457   458   459   ...   532
«(Süleyman) onu (taxtı) yanında hazır durmuş görüncə dedi:» Bəlqisin taxtının Yəməndən Beytülmüqəddəsə bir göz qırpımında gətirildiyini görüb dedi: «“Bu, Rəbbimin lütfündəndir. Məni imtahana çəkməyi üçündür ki, görək (Onun nemətinə) şükür edəcəyəm, yoxsa nankor olacağam!» Bu, Rəbbimin mənim üzərimdə olan lütfüdür. Onun bəndələrinə qarşı lütfkar olması onların şükr və ya nakorluq edəcəklərini sınamaqdır. «Kim (Rəbbimin nemətinə) şükür etsə, yalnız özü üçün (öz xeyrinə) şükür edərŞükrünün bəhrəsi özünə qayıdar. «kim nankor olsa, (bilsin ki) həqiqətən, Rəbbim (onun şükrünə) möhtac deyildir, kərəm sahibidir!”» Şükr edənlərin şükrünə möhtac deyildir. Kafirlərin küfrü də ona heç bir zərər verməz.

Sonra Süleyman Bəlqisin nə qədər dərrakəli olduğunu yoxlamaq üçün taxtın bər-bəzəyini dəyişdirməyi əmr etdi. Bu mənada ayədə belə deyilir: «"...görək onu tanıyacaq, ya yox?!" 42. (Bəlqis) gəldikdə ona: “Taxtın bu cürdürmü?” – deyildi. O da: “Sanki odur!” – deyə cavab verdi.» Bu cavab qadının zəkasından irəli gəlirdi. Çünki o, bunun öz taxtı olmasını heç ehtimal etməmişdi. Çünki o, öz taxtını Yəməndə qoyub gəlmişdi. Kiminsə belə bir qəribə və möcüzəvi iş görəcəyini ağlına belə gətirməmişdi.

Uca Allah Süleyman və qövmü haqqında xəbər verərək buyurur: «“Bizə ondan daha öncə (tövhid haqqında) elm verilmiş və biz (ondan daha qabaq Allaha) müti (müsəlman) olmuşuq!” 43. (Süleyman) ona Allahdan başqasına (günəşə, aya) ibadət etməyi qadağan etdi. Çünki o, kafir bir tayfadan idi.» Süleyman onun və qövmünün Allahdan başqasına, günəşə səcdə etməsini qadağan etdi. Onların dədə-baba yolunu getməkdən başqa bu işi etməyə heç bir əsasları yox idi.

Süleyman şüşədən bir imarət tikməyi əmr etmişdi. Girişdə su axını düzəltdirmiş və üzərini şüşə ilə örtmüşdü. Suya balıq və digər su heyvanlarını buraxmışdı. (Dövrümüzün məfhumu ilə desək imarətin girişində ayaq altında akvarium düzəltdirmişdi. Tərc.) Özü isə sarayın içində taxtda əyləşib, Bəlqisin içəri gətirilməsini əmr etdi. «Sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi və (paltarı islanmasın deyə) ətəyini qaldırdı (baldırlarını açdı). O (Süleyman): “Bu (su deyil) büllurdan tikilmiş (şəffaf) bir saraydır!” – dedi. (Bəlqis) dedi: “Ey Rəbbim! Mən (günəşə sitayiş etməklə) özümə zülm etmişdim. Mən artıq Süleymanla (Süleymanın sayəsində) aləmlərin Rəbbi olan Allaha təslim oldum!”»




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   452   453   454   455   456   457   458   459   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin