Rəhman və Rəhim olan Allahın adı ilə


«Nəhayət qeyb olub gizləndi.»



Yüklə 3,81 Mb.
səhifə460/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   456   457   458   459   460   461   462   463   ...   532
«Nəhayət qeyb olub gizləndi.» – ayəsindəki şəxs əvəzliyi atlara aiddir, o namazı gecikdirməmişdi. Yəni nəhayət atlar qeyb olub gizləndilər. «33. (Süleyman dedi:) “Onları (atları) mənə qaytarın!” (Atlar qaytarılıb gətirildikdən sonra) onların qıçlarını və boyunlarını sığallamağa başladı.» – ayəsinin mənası isə belədir: O atların ayaqlarından və boyunlarından təri silirdi. İbn Cərir ət-Təbəri444 bu fikri dəstəkləmişdir. Valibi də İbn Abbasdan  "atların tərini silirdi" mənasını rəvayət etmişdir.

İbn Cərir dəstəklədiyi fikri əsaslandırmaq üçün demişdir: "Süleyman atların ayaqlarını qılınclayıb işgəncə verməz, səbəbsiz yerə günahsız mal-dövləti tələf etməzdi".

Amma onun bu sözləri elə də tutarlı deyil. Ola bilər onların şəriətində belə etmək icazəli sayılırdı. Hətta bizim ümmətin bəzi alimləri deyirlər ki, əgər müsəlman kafirlərin hansısa heyvanları ələ keçirib daha qüvvətli olacaqlarından ehtiyat edərsə, o zaman həmin heyvanları öldürə bilər. Mutə döyüşü günü öz atını öldürən Cəfər ibn Əbu Talibin  hərəkəti də buna bariz nümunədir.

Deyilənə görə Süleymanın qarşısındakı atlar çox əzəmətli idi. Bəziləri isə deyirlər ki, orada on min, digər rəvayətə görə isə iyirmi min at var idi. Başqa rəvayətdə isə deyilir ki, orada iyirmi ədəd qanadlı at var idi.

Əbu Davud "Sünən" kitabında445 Aişədən  rəvayət edir ki, Peyğəmbər  Təbuk, yaxud Xeybər döyüşündən gəlmişdi. Aişənin evinin taxçasından pərdə asılmışdı. Birdən külək əsdi və taxçada Aişənin oynadığı gəlinciklər göründü. Peyğəmbər  dedi: "Ey Aişə! Bunlar nədir belə?!" Aişə: "Bunlar mənim qızlarımdır". Onların arasında qanadları parçadan tikilmiş ikiqanadlı bir at gördü və dedi: "Bəs onların arasındakı nədir?!" Aişə: "Bu atdır". Peyğəmbər : "Bəs bunun üstündəki nədir?!" Aişə: "Qanadlarıdır". Peyğəmbər : "İki qanadlı at?!" Aişə: "Heç eşitməmisən ki, Süleymanın qanadlı atı olub?!" Aişə deyir ki, "Peyğəmbər  bu cavabı eşidib güldü. O güləndə arxa dişləri də göründü".

Bəzi alimlər deyirlər ki, o, Allah xətrinə atlardan imtina etdikdə Uca Allah onlardan daha xeyirlisini ona bəxş etdi. Bu, bir aydan bir əsən külək idi. Bu haqda qarşıda ətraflı məlumat verəcəyik. İmam Əhməd (Kəbəyə tez-tez ziyarətə gedən) Əbu Qatadədən və Əbu-d-Dəhmadan rəvayət edir ki, onlar vadidən keçərkən bir nəfər kişi ilə qarşılaşdılar. Bədəvi dedi: "Peyğəmbər  mənim əlimdən tutub Allahın ona öyrətdiklərindən mənə də öyrədərək dedi: "Əgər sən Allah xətrinə nədənsə əl çəksən, Allah sənə ondan daha xeyirlisini bəxş edər"."446




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   456   457   458   459   460   461   462   463   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin