«Cinlərin bir qismi Rəbbinin izni ilə onun yanında işləyirdi. Onlardan hər kəs (Süleymana itaət etməyib) əmrimizdən çıxırdısa, ona Cəhənnəm odunun əzabından daddırırdıq.» Cinlərdən bəziləri onun istədiyini edir, itaətindən çıxmırdılar. Əmrindən çıxanları isə cəzalandırırdı.
«13. Onun (Süleyman) üçün istədiyi uca qəsrlər, heykəllər, ...» Onlar göz oxşayan yerlər düzəldir və divarlarda şəkillər çəkirdilər. Onların şəriətinə görə bu əməl icazəli idi. «böyük hovuzlara bənzər çanaqlar...» İbn Abbas bir rəvayətdə bu qabları yerdə olan çökəkliyə, digər rəvayətdə isə hovuza bənzətmişdir. Mucahid, əl-Həsən əl-Bəsri, Qatadə, Dəhhak və digər elm adamları da eyni fikri söyləyiblər.
Bu rəvayətə əsasən demək olar ki, onların düzəltdikləri su hovuzuna bənzəyirdi.