Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə464/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   460   461   462   463   464   465   466   467   ...   532
SÜLEYMANIN  VƏFATI
14. Sonra (Süleymanın) ölümünü hökm et­diyimiz zaman onun öldüyünü onlara (cinlərə) ancaq (Süleymanın) əsasını yeyən bir ağac qurdu xəbər verdi. (Süleymanın əlini dayayıb durduğu əsa sınandan sonra) o (ölmüş vəziyyətdə) yerə yıxıldıqda cin­lə­rə bəlli oldu ki, əgər onlar qeybi bilsəy­dilər, alçaldıcı əzab (məşəqqətli iş) içində qal­mazdılar. (Səba: 14).

İbn Abbas  rəvayət edir ki, Peyğəmbər  belə demişdir: "Allahın peyğəmbəri Süleyman namaz qılarkən qarşısında ağacın bitdiyini görür və: "Adın nədir?" – deyə soruşardı. Ağac da öz adını deyərdi. Sonra Süleyman: "Sən nəyə lazımsan?" – deyə sual edərdi. Ağac (da nə üçün gərəkli olduğunu deyərdi. Beləliklə) əkilmək üçün olduqda onu əkər, dəva-dərman üçün olduqda onu becərərdi. Bir gün o, namaz qılarkən yenə qarşısında ağacın bitdiyini gördü və: "Sənin adın nədir?" – deyə soruşdu. Ağac: "Adım xərabədir?" – dedi. Süleyman dedi: "Sən nəyə lazımsan?" Ağac dedi: "Mən bu məbədi xaraba qoymaq üçün lazımam". Süleyman dedi: "Ey Allahım! İnsanlar cinlərin qeybi bilmədiklərini anlasınlar deyə, mənim ölməyimi cinlərdən gizli saxla". Süleyman həmin ağacı özü üçün əsa düzəltdi və bir il müddətinə ona söykənib oturdu. Cinlər isə hələ də onun xidmətində işləyirdilər. Qurdlar onun əsasını yedilər (və Süleymanın cansız cəsədi yerə yıxıldı). Bundan sonra insanlar, cinlərin qeybi bilmədiklərini anladılar. Əgər onlar qeybi bilsəydilər, o zaman bir il müddətində alçaldıcı əzab içində qalmazdılar. (Rəvayətçi deyir ki, İbn Abbas da ayəni bu mənada oxuyardı.) Cinlər qurdlara təşəkkür edib onlara su təqdim etdilər."463

BEYTÜLMÜQƏDDƏSİN DAĞIDILMASI


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   460   461   462   463   464   465   466   467   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin