2. Biz Musaya kitab (Tövrat) verdik və: “Məndən başqa heç bir vəkil tutmayın! (və ya ilah qəbul etməyin!)” – deyə, onu İsrail oğullarına (haqq yolu göstərən) bir rəhbər təyin etdik.
3. Ey Nuhla birlikdə (gəmiyə) mindirib apardığımız (tufandan xilas etdiyimiz) kəslərin nəsli! Həqiqətən, o, (Nuh Allahın nemətlərinə) çox şükür edən bir bəndə idi!
4. Biz İsrail oğullarına kitabda (Tövratda): “Siz yer üzündə iki dəfə fitnə-fəsad törədəcək və çox dikbaşlıq (yaxud zülm) edəcəksiniz!” – deyə bildirdik.
5. Onlardan (o fitnə-fəsadın) birincisinin (cəza) vaxtı gələndə üstünüzə çox güclü qullarımızı göndərdik. Onlar (sizi öldürmək, əsir almaq və qarət etmək üçün) evlərinizin arasında gəzib dolaşırdılar (sizi təqib edirdilər). Bu vəd artıq yerinə yetirildi.