259. Yaxud (Ey Rəsulum! Damları çökmüş, divarları) uçulmuş bir kəndin yanından keçən kimsənin əhvalatını bilirsən? O kimsə: “Əcaba, Allah bu kəndi ölümündən sonra necə dirildəcək?” – demişdi. Belə olduqda, Allah onu öldürüb yüz il saxladı, sonra dirildərək ondan: “Nə qədər yatmısan?” – deyə soruşdu. O da: “Bir gün, bəlkə, bir gündən daha az”, – deyə cavab verdi. Allah ona: “Əksinə, yüz il yatmısan. Yediyin yeməyə, içdiyin suya bax, hələ də xarab olmayıb. Bir də uzunqulağına bax! Səni insanlar üçün bir ibrət dərsi olmaqdan ötrü belə etdik. İndi (uzunqulağının) sümüklərinə bax, gör necə onları bir-biri ilə birləşdirir, sonra da onların üzərini ətlə örtürük?” – deyə buyurdu. O kimsəyə bunlar aydın olduqda: “Artıq bildim ki, Allah hər şeyə qadirdir!” – dedi. (əl-Bəqərə: 259).
ÜZEYİR PEYĞƏMBƏR
z eyirin İsrail oğullarının peyğəmbərlərindən biri olması fikri çox məşhurdur. O, Davud və Süleymandan sonra, Yəhya və Zəkəriyyədən öncə yaşamışdır. İsrail oğulları içərisində Tövratı əzbər bilən bir kimsə qalmadığı vaxtda Uca Allah ona bu kitabın əzbərini ilham etmiş, o da bunu İsrail oğullarına öyrətmişdi.
İbn Əsakir İbn Abbasdan rəvayət edir ki, o Abdullah ibn Səlamdan Uca Allahın: «30. Yəhudilər: “Üzeyr Allahın oğludur” – dedilər.» (ət-Tövbə: 30) – ayəsi haqqında soruşub onların nə üçün belə dediklərinin səbəbini sual etdi. İbn Səlam dedi: "O, İsrail oğulları üçün Tövratı əzbərdən yazdıqda onlar: "Musa Tövratı ancaq kitab şəklində gətirə bilmişdisə, Üzeyir onu kitabsız, əzbərdən gətirmişdir", – dedilər. Bu səbəblə bir qrup insan: "Üzeyir Allahın oğludur!" – demişdi.
Ona görə əksər elm adamları belə deyir: "Üzeyirin vaxtında Tövratın kütləvi şəkildə nəql edilməsi dayandı". Əgər biz Üzeyirin peyğəmbər olmadığını desək, o zaman bu fikir tutarlı olar. Onun peyğəmbər olmadığını Əta ibn Əbu Rəbah və əl-Həsən əl-Bəsri demişdir.
Buxarinin "Səhih" kitabında Peyğəmbərin belə dediyi rəvayət olunur: "Mən Məryəmin oğluna daha yaxınam. Peyğəmbərlərin ataları birdir. Mənimlə onun arasında heç bir peyğəmbər yoxdur."466
Bu hədisi Tirmizidən başqa altı kitab sahibləri467 Əbu Hureyrədən rəvayət ediblər.
Şueyb də Əbu-z-Zinaddan, o da Ə`racdan, o da Əbu Hureyrədən Peyğəmbərin belə dediyini rəvayət etmişdir: "Peyğəmbərlərdən biri ağacın oltında oturarkən qarışqa onu sancdı. O, avadanlığının gətirilməsini tələb etdi. Onu ağacın altından çıxarıb (bütün yuvanı) yandırtdı. Uca Allah ona vəhy edib dedi: "Məgər (səni sancan) bir qarışqanı yandırsaydın kifayət etməzdi?"468
İbn Abbas , Mucahid və əl-Həsən əl-Bəsri rəvayətdəki peyğəmbərin Üzeyir olduğunu demişlər469. Daha doğrusunu Allah bilir.
ZƏKƏRİYYƏ VƏ YƏHYA PEYĞƏMBƏR
QURANİ-KƏRİMDƏ ZƏKƏRİYYƏ VƏ YƏHYA HAQQINDA DEYİLƏNLƏR
Uca Allah Qurani-Kərimdə buyurur:
Ər-Rəhman və ər-Rəhim olan Allahın adı ilə.
Dostları ilə paylaş: |