Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə47/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   43   44   45   46   47   48   49   50   ...   532
Musa: "Adəm sənsən?"

Adəm: "Bəli".

Musa: "Allahın Öz ruhundan üfürdüyü, mələklərini səcdə etdirdiyi və bütün adları öyrətdiyi adam sənsən?"

Adəm: "Bəli".

Musa: "Elə isə bizi və özünü Cənnətdən çıxarmağa səni nə vadar etdi?"

Adəm: "Sən kimsən?"

Musa: "Mən Musayam".

Adəm: "İsrail oğullarının peyğəmbəri Musa sənsən? Allahın aranızda heç bir vasitəçi olmadan birbaşa qeybdən söhbət etdiyi Musa sənsən?"

Musa: "Bəli".

Adəm: "Allahın əzəldən yazdığı qəza-qədərə görəmi məni qınayırsan?!"

Peyğəmbər r dedi: "Adəm Musaya qalib gəldi"37.

Bu hədis haqqında müxtəlif açıqlamalar verilib.

Bəzi "Qədəriyyələr" hədisdə əzəli qədərin isbat olunduğunu görüb bu hədisi inkar etmişlər. Bəzi "Cəbəriyyələr" isə bu hədisə əsaslanmışlar. Çünki hədisdəki "Adəm Musaya qalib gəldi." – sözləri ilk baxışdan onların dediklərini dəstəkləyir. Belə ki, Adəm yazılmış qəza-qədəri əsas gətirib qalib olmuşdu. Amma qarşıda bu fikirə cavab veriləcəkdir.

Digərlərinin rəyinə görə Musa Adəmi tövbə etdiyi keçmiş bir günaha görə qınadığı üçün Adəm ona qalib gəlmişdi. Çünki günahdan tövbə edən günahsız kimidir.

Başqa rəyə görə Adəm Musadan yaşca böyük və əvvəl yaşadığı üçün qalib gəlmişdi.

Yaxud, Adəm onun atasıdır. Onlar müxtəlif şəriətlərə əməl edirdilər. Onlar bərzəx* həyatında idilər və bu həyatda insanın əməlləri donmuş sayılır kimi fikirlər söylənilmişdir.

Daha doğru rəy isə belədir: Bu hədis bir çox mətnlərlə rəvayət olunmuşdur. Rəvayətlərin bəzisi məna ilə rəvayət olunmuşdur. Amma bu da kəsərli bir əsas deyildir. İki səhih və digər kitablarda qeyd olunan hədislərin əksəriyyətinin məzmunu Adəmin özünü və nəslini Cənnətdən çıxarmasına görə qınanmasıdır. Adəm isə cavabında: "Sizi oradan mən çıxarmamışam. Sizi oradan çıxaran mənim ağacdan yeməyimi planlaşdırandır. Mən yaradılmamışdan öncə bunu planlaşdıran, qəza-qədərimə yazan Uca və Əzəmətli Allahdır. Sən isə məni özümə elə də çox aidiyyatı olmayan bir işə görə qınayırsan. Bu işdə mənim rolum budur ki, mənə bir ağacdan yemək qadağan olundu, mən isə ondan yedim. Amma oradan çıxmağın buna görə olması mənlik deyil. Mən sizi və özümü oradan çıxartmamışam. Bu Allahın qəza-qədərindən və planından olmuşdu. Onun bu işdə Öz hikməti vardır!" – deyə Adəm Musaya qalib gəldi.

Bu hədisi inkar edən inadkardır. Çünki bu hədis Əbu Hureyrədən t mütəvatir* yolla rəvayət olunmuşdur. Onun ədalətli, hafizəli və diqqətli olması yetərlidir. Qeyd etdiyimiz kimi bu hədis başqa rəvayətçilərdən də rəvayət olunmuşdur.

Yuxarıda qeyd olunan yozumlar hədisin mətnindən və mənasından uzaqdır. Onların arasında ən güclü əsas "Cəbəriyyəlilərə" məxsusdur. Amma onların dediklərinə bir neçə yöndən irad tutmaq olar:


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin