Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə471/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   467   468   469   470   471   472   473   474   ...   532
38. (O zaman) Zəkəriyyə Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Mənə də Öz tərəfindən pak bir övlad bəxş et! Sən, həqiqətən, duaları eşidənsən!”

39. (Zəkəriyyə) mehrabda (ibadətgahda) ayaq üstə durub namaz qılarkən mələklər ona müraciət edib dedilər: “Allah sənə Özü tərəfindən gələn kəlməni (İsanı) təsdiq edən, (tayfasını) ağa, nəfsinə hakim və əməlisalehlər zümrəsindən bir peyğəmbər olacaq Yəhyanın (dünyaya gələcəyi) xəbərini müjdə verir”.

40. (Zəkəriyyə:) “Ey Rəbbim, üzərimə qocalıq çökdüyü və zövcəm qısır (doğmayan) olduğu halda, mənim necə oğlum ola bilər? “ – söylədi. (Allah isə:)(Bəli) dediyin kimidir, (lakin) Allah nə istəsə, onu da edər”, – deyə buyurdu.

41. (Zəkəriyyə:) “Ey Rəbbim! Mənə (zövcəmin hamilə olduğu vaxtı bilmək üçün) bir nişanə göstər”, – dedikdə, (Allah:) “Sənin nişanən üç günün ərzində adamlarla yalnız işarə ilə (əl, baş və gözlə) danışmaq olacaqdır. O vəziyyətdə belə Rəbbini çox yada sal (zikr et) və səhər-axşam şəninə təriflər deyib şükür et!” – buyurdu. (Ali İmran: 37-41).
Uca Allah əl-Ənbiya surəsində buyurur:


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   467   468   469   470   471   472   473   474   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin