MƏLƏKLƏR YƏHYA BARƏDƏ ZƏKƏRİYYƏYƏ MÜJDƏ VERİRLƏR
Uca Allah buyurur: «7. (Allahdan belə bir nida gəldi:) “Ey Zəkəriyyə! Sənə bir oğulla (oğlun olacağı ilə) müjdə veririk ki, adı Yəhyadır. Biz bu adı əvvəllər heç kəsə verməmişik!”» (Məryəm: 7). Bu ayəni aşağıdakı ayə açıqlayır: «39. (Zəkəriyyə) mehrabda (ibadətgahda) ayaq üstə durub namaz qılarkən mələklər ona müraciət edib dedilər: “Allah sənə Özü tərəfindən gələn kəlməni (İsanı) təsdiq edən, (tayfasını) ağa, nəfsinə hakim və əməlisalehlər zümrəsindən bir peyğəmbər olacaq Yəhyanın (dünyaya gələcəyi) xəbərini müjdə verir”.» (Ali İmran: 39).
Zəkəriyyəyə oğlunun olacağı barədə müjdə veriləndə o, belə bir vəziyyətdə övladının olacağına təəccüb edib dedi: «8. (Zəkəriyyə) dedi: “Ey Rəbbim! Zövcəm doğmayan bir qadın, mən də qocalıb əldən düşmüş (sümüyü sustalmış bir kişi) ikən mənim necə oğlum ola bilər?”» (Məryəm: 8). Qoca adamın necə uşağı ola bilər?! Deyilənə görə həmin vaxt onun yetmiş yeddi yaşı var idi. Daha doğrusunu Allah bilir, amma görünür onun yaşı daha çox idi. «Zövcəm doğmayan bir qadın idi...» Zövcəm qocalanda qısır idi, heç bir övladı olmamışdı. Daha doğru mənanı bilən Allahdır.
Bir zaman İbrahim Xəlilullah da belə demişdi: «54. (İbrahim:) “Qocalıq məni basdığı vaxtdamı mənə müjdə verirsiniz? Məni nə ilə muştuluqlayırsınız?” – deyə soruşdu.» (əl-Hicr: 54).
Dostları ilə paylaş: |