Rəhman və Rəhim olan Allahın adı ilə


«13. Biz həm də ona Öz dərgahımızdan bir mərhəmət və paklıq bəxş etdik. O



Yüklə 3,81 Mb.
səhifə478/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   474   475   476   477   478   479   480   481   ...   532
«13. Biz həm də ona Öz dərgahımızdan bir mərhəmət və paklıq bəxş etdik. O, (çox) müttəqi idi.» (Məryəm: 13). İbn Cərir İkrimədən473, Qatadədən474 və Dəhhakdan475 rəvayət edir: "Biz Zəkəriyyəyə mərhəmət göstərib bu uşağı ona bəxş etdik".

Ayədə deyilən paklıq – eyiblərdən və pis işlərdən uzaq olan mənəvi və əxlaqi paklıqdır. Müttəqilik isə – Allahın əmrlərinə itaət etmək, qadağalarından çəkinməkdir.

Sonra onun valideynlərinə qarşı nəvazişkar olduğu, əmr və qadağalarına məhəl qoyduğu, sözü və əməli ilə onların üzünə ağ olmadığı deyilir. «14. (Yəhya) ata-anasına qarşı olduqca itaətkar (nəvazişkar) idi; zalım, asi (dikbaş) deyildi.» (Məryəm: 14).

Sonrakı ayədə isə belə deyilir: «15. Ona doğulduğu gün də, öləcəyi gün də (Qiyamətdə) diriləcəyi (qəbirdən diri olaraq qaldırılacağı) gün də salam olsun!» (Məryəm: 15). Deyilən bu üç vaxt insan üçün çox çətin vaxtlardır. Bunların hər birində insan bir həyatdan digərinə qədəm qoyur. Əvvəl öyrəşdiyi həyatdan köçüb, qarşıda onu nə gözləyəcəyi məlum olmayan yeni həyata doğru gedir. Ona görə ilk dəfə dünyaya gələndə və ya süddən kəsiləndə qışqırıb ağlayır. O, bu dünyanın qəm-kədərinə sinə gərmək üçün bura qədəm basmışdır. Bu dünyadan ayrılıb əbədi həyatın astanasına, bərzəx həyatına qədəm qoyur. Rahat ev-eşiyini geridə buraxıb, qəbir sakinləri olan ölülərin yanına gəlir. Orada sura üfürülüb diriləcəyi günü gözləyəcəkdir. O gün kimisi güləcək, kimisi isə ağlayacaqdır. Biri sevinəcək, biri kədərlənəcəkdir. Bir dəstə Cənnətə, biri də Cəhənnəmə gedəcəkdir. Bəzi şairlər bu məzmunda çox gözəl bir şer deyiblər:




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   474   475   476   477   478   479   480   481   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin