Ağlayırdın ey insan, sən dünyaya gələndə,
Sevinib gülürdülər insanlar yan-yörəndə.
Özün üçün gün ağla, elə işlər gör ki sən,
Onlar ağlayan zaman sevinəsən, güləsən.
Bu üç məqam adəm övladı üçün ən çətin məqamlardır. Uca Allah Yəhyanı hər üç məqamda salamat etmişdir: «15. Ona doğulduğu gün də, öləcəyi gün də, (Qiyamətdə) diriləcəyi (qəbirdən diri olaraq qaldırılacağı) gün də salam olsun!» (Məryəm: 15).
Uca Allahın başqa ayədə buyurur: «...ağa, nəfsinə hakim və əməlisalehlər zümrəsindən bir peyğəmbər olacaq Yəhyanın (dünyaya gələcəyi) xəbərini müjdə verir.”» (Ali İmran: 39). Nəfsinə hakim olan, qadınlara qarşı öz şəhvətini qoruyan deməkdir. Bu məna digər ayədən də görünür: «“Ey Rəbbim! Mənə də Öz tərəfindən pak bir övlad bəxş et!"» (Ali İmran: 38).
İmam Əhməd İbn Abbasdan Peyğəmbərin belə dediyini rəvayət edir: "Zəkəriyyənin oğlu Yəhyadan başqa günah etməyən və ya günah etmək niyyətinə düşməyən heç bir Adəm övladı yoxdur. Heç kəs də özünün Matta oğlu Yunusdan üstün olduğunu deməsin."476
Abdullah ibn Amr ibn əl-As Peyğəmbərdən belə eşitdiyini rəvayət edir: "Qiyamət günü Zəkəriyyənin oğlu Yəhyadan başqa hər bir adəm övladının günahı olacaqdır."477
Dostları ilə paylaş: |