Rəhman və Rəhim olan Allahın adı ilə


Sonra isə sizə namaz qılmağı əmr edirəm. Bəndə namazda olarkən üzünü çevirənə qədər Allah təala ona tərəf baxar. Siz də namaz qılanda üzünüzü kənara çevirməyin



Yüklə 3,81 Mb.
səhifə481/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   477   478   479   480   481   482   483   484   ...   532
Sonra isə sizə namaz qılmağı əmr edirəm. Bəndə namazda olarkən üzünü çevirənə qədər Allah təala ona tərəf baxar. Siz də namaz qılanda üzünüzü kənara çevirməyin.

Daha sonra sizə oruc tutmağı əmr edirəm. Bunun misalı bir dəstə adamın yanında olan kisəciyin içərisindəki ətir timsalındadır. Belə ki, onların hamısı ətirin iyini hiss edərlər. Oruc tutanın ağzından gələn qoxu, Allah yanında müşk-ənbərdən daha yaxşıdır.

Sonra sizə sədəqə verməyi əmr edirəm. Bunun misalı, düşmənə əsir düşmüş bir adamın timsalındadır. Onlar onun əllərini boğazına bağlayıb boynunu vurmaq üçün apararkən o, belə deyər: "İstəyirsiniz mən öz canımın müqabilində sizə mal-dövlət verim?" O, canını xilas etmək üçün malından keçir və sonda özünü xilas edir.

Həmçinin sizə Allahı çox zikr etməyi əmr edirəm. Bunun misalı isə, düşmənin izinə düşüb axtardığı bir adamın timsalındadır. O gəlib bir qalada sığınacaq tapır və orada qorunur. Bəndə də Allahı zikr etdikcə şeytandan qorunmuş olar."

Rəvayətçi daha sonra Peyğəmbərin  belə dediyini deyir: "Mən də sizə beş şeyi əmr edirəm. Camaatla birlikdə olmağı, eşitməyi, itaət etməyi, hicrət və Allah yolunda cihad etməyi. Kim camaatdan bir qarış uzaqlaşarsa, geri dönənə qədər İslam əhdini boynundan çıxarmış sayılır. Kim cahiliyyət dönəminin fikirlərinə çağırarsa o Cəhənnəm odunu olacaqdır."

Orada olanlar dedilər: "Ey Allahın elçisi! Əgər o namaz qılıb oruc tutan olsa da?!"

Peyğəmbər  dedi: "Oruc tutub, namaz qılıb, özünün müsəlman olduğunu iddia edərsə belə. Müsəlmanları öz adları ilə Allahın onları müsəlman, mömin və Allahın bəndələri adlandırdığı adlar ilə çağırın!"478




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   477   478   479   480   481   482   483   484   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin