YƏHYANIN QƏTLƏ YETİRİLMƏSİNİN SƏBƏBİ
Onun qətlə yetirilmə səbəbi haqqında çoxlu rəvayətlər vardır. Ən məşhur rəvayətə görə o zaman Dəməşq şəhərində yaşayan bəzi hökmdarlar Yəhyanın məhrəmləri, yaxud onlarla evlənməsi halal olmayan yaxın qohumları ilə evlənmək istəyirdilər. Yəhya bu evliliyə mane oldu. Bu səbəbdən onun məhrəmlərindən olan qadının ürəyində ona qarşı kin qaldı.
Həmin qadın padşaha olan güclü məhəbbətindən istifadə edib Yəhyanın qətli üçün icazə istədi. Padşah da ona icazə verdi. Qadın bir nəfər qatil göndərib onu öldürtdü. Onun başı və qanını sininin içərisinə qoyub ona təqdim etdilər. Deyilənə görə qadın elə həmin anda, həmin saatda həlak oldu.
Yəhyanın harada öldürülməsi barədə də fikir ayrılığı mövcuddur. Onu Beytülmüqəddəsdə, yoxsa başqa yerdə öldürmüşdülər? Bu haqda iki rəy mövcuddur:
Sovri479 deyir: "Ə`məş Şimr ibn Atiyyədən rəvayət edir ki, Beytülmüqəddəsdəki daşın üzərində yetmiş nəfər peyğəmbəri öldürüblər. Onlardan biri də Zəkəriyyənin oğlu Yəhyadır".
Əbu Ubeyd əl-Qasim ibn Səllam480 Səid ibn əl-Museyyibdən rəvayət edir ki, "Buxtunəssar Dəməşq şəhərinə gəldik Zəkəriyyə oğlu Yəhyanın qanının qaynadığı gördü və bu haqda soruşdu? Onlar baş verənləri ona danışdılar. O, Yəhyanın qisasını almaq üçün yetmiş min adamı öldürəndən sonra qəzəbi sakitləşdi".
Bu Səid ibn əl-Museyyibə qədər gedən səhih sənəddir. Bu rəvayət isə onun Dəməşqdə qətlə yetirildiyini bildirir.
İSA PEYĞƏMBƏR
ALLAHIN QULU, ELÇİSİ VƏ QADIN BƏNDƏSİNİN OĞLU MƏRYƏM OĞLU İSANIN HEKAYƏSİ
– Allahın ona ən gözəl salam və salavatı olsun –
c a Allah Ali İmran surəsinin əvvəlində: "Allahın oğlu var!" – deyən xaçpərəstlərə cavab olaraq ayələr (səksən üç ayə) nazil etmişdir. Halbuki Allah onların dediklərindən təmamilə uzaqdır.
Nəcrandan olan bir qrup xaçpərəst nümayəndə Peyğəmbərin yanına gəlib özlərinin batil üçlük etiqadını481 ona anlatırdılar. Onlar Allahın üç ilahdan biri: Müqəddəs zat, İsa və Məryəm olduğunu iddia edirdilər. Təbii ki, onların məzhəb fərqliliyinə görə bu fikir də bir qədər fərqli olur482. Uca Allah Ali İmran surəsinin əvvəl ayələrini nazil etdi və İsanın Allahın qullarından biri olduğunu açıqladı. Onu da digər insanlar kimi bir qadının bətnində yaratmışdır. Adəmi atasız və anasız yaratdığı kimi, onu da atasız xəlq etmiş, ona "Ol!" deyib əmr etməklə olmuşdur. Sonra anası Məryəmin də necə dünyaya gəldiyini və nələrdən keçdiyini, İsaya necə hamilə qaldığını açıqlamışdır. Bu məsələləri Məryəm surəsində də açıqlamışdır. Allahın köməkliyi və gözəl müvəffəqiyyəti ilə bütün bunları təfsilatı ilə qeyd edəcəyik.
Uca Allah buyurur:
Dostları ilə paylaş: |