Rəhman və Rəhim olan Allahın adı ilə


Allah Adəmi, Nuhu, İbrahimin nəsli­ni və İmranın ailəsini aləmlər



Yüklə 3,81 Mb.
səhifə483/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   479   480   481   482   483   484   485   486   ...   532
33. Allah Adəmi, Nuhu, İbrahimin nəsli­ni və İmranın ailəsini aləmlər (məxluqat, insanlar, bəşər övladı) üzərində seçilmiş (üstün) etdi.

34. Onlar biri digərindən törəmiş bir nəsil idilər. Allah eşidəndir, biləndir!

35. (Ey Rəsulum!) İmranın zövcəsinin: “Ey Rəbbim, bətnimdəkini Sənə xidmətkar (qul) olmaq üçün nəzir edirəm. (Bu nəziri) məndən qəbul et! Əlbəttə, Sən eşidənsən, bilənsən!” – dediyini xatırla!

36. Onu (bətnindəkini) doğduğu zaman: “Ey Rəbbim! Mən qız doğdum”, – söylə­di. Halbuki, Allah onun nə doğduğunu və oğlanın qız kimi olmadığını yaxşı bi­lir­di. (Anası) “Mən onun adını Məryəm qoy­dum, onu və onun nəslini məlun (daş­qalaq olunmuş) Şeytandan (Şeytanın şərindən) Sənə tapşırıram” (dedi).

37. Beləliklə, Rəbbi (Məryəmi) yaxşı qə­bul etdi, onu gözəl bir fidan kimi böyüt­dü və Zəkəriyyə onu himayəyə götürdü. Zəkəriyyə hər dəfə (Məryəmin) ibadət et­diyi mehraba girdikdə, onun yanında bir ruzi olduğunu görərdi. (Zəkəriyyə:) “Ey Məryəm, bunlar sənə haradandır?” – de­dik­də, o: “Allah tərəfindəndir!” – deyə ca­vab verərdi. Həqiqətən, Allah istədiyi şəx­sə hədsiz ruzi verər! (Ali İmran: 33-37).

Uca Allah Adəmi və onun zürriyyətinin şəriətə itaət edən pak zümrəsini seçib üstün etdiyini və onların içərisindən xüsusi olaraq «İbrahimin nəslini» üstün etdiyini buyurur. İbrahimin nəsli deyildikdə İsmail, İshaqın və onların övladları nəzərdə tutulur. Sonra Uca Allah pak və gözəl İmran ailəsini xatırladır. Burada Məryəmin atası İmrandan söhbət gedir.

Onun Davud nəslindən olması şübhəsizdir. Məryəmin atası İmran öz vaxtında İsrail oğullarına namaz qıldıran idi. Anası da ibadət edən möminlərdən idi. Cumhur alimlərin fikrincə o zamanın peyğəmbəri Zəkəriyyə Məryəmin bacısı Əşya`anın əri idi.
MƏRYƏMİN DÜNYAYA GƏLMƏSİ


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   479   480   481   482   483   484   485   486   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin