ADƏMİN YARADILIŞINI VƏSF EDƏN HƏDİSLƏR
Əbu Musa t Peyğəmbərin r belə dediyini rəvayət edir: "Allah Adəmi yer üzünün hər yerindən götürdüyü torpaqdan yaratdı. Adəm övladları isə torpaqların rənginə görə törədilər. Bəzisi ağ, qırmızı, qara və oxşar rəngli oldular. Bəziləri yaxşı bəziləri isə pis, sevincək və kədərli, yaxud orta xasiyyətli oldular"40.
Ənəs t Peyğəmbərin r belə dediyini rəvayət edir: "Allah Adəmi yaradarkən bir müddət onu saxladı. İblis isə gəlib onun yan-yörəsində hərlənirdi. İblis onun içiboş olduğunu gördükdə bildi ki, o öz nəfsinə hakim ola bilən deyil"41.
Ənəs ibn Malik t Peyğəmbərin r belə dediyini rəvayət edir: "Adəmə ruh üfürüldükdə ruhu başına çatdı və Adəm asqırıb dedi: Əlhəmdulilləhi rabbil aləmin (aləmlərin Rəbbi Allaha həmd olsun). Uca və əzəmətli Allah isə ona dedi: "Allah sənə rəhm etsin".42
Əbu Hureyrə t Peyğəmbərin r belə dediyini rəvayət edir: "Allah Adəmi torpaqdan yaratdı, onu palçıq etdi və bir müddət belə saxladı. O (üzun müddət qaldığı üçün) qaralıb qoxanda Allah onu yaratdı və ona surət verdi. Sonra onu tam quruyana (əl vurduqda səs verən saxsı kimi olana) qədər saxladı.
Dostları ilə paylaş: |