Rəhman və Rəhim olan Allahın adı ilə


«”Sən pak və müqəddəssən!»



Yüklə 3,81 Mb.
səhifə506/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   502   503   504   505   506   507   508   509   ...   532
«”Sən pak və müqəddəssən!» Özünə şərik götürməkdən uzaqsan. «Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz.» Bu yalnız Sənin haqqındır. «Əgər bunu mən demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən, mən isə Sənin Özündə olanları bilmirəm. Şübhəsiz ki, qeybləri bilən ancaq Sənsən!» Bu, danışığın ən ali dərəcəli ədəb-əxlaqıdır. «117. Mən onlara yalnız Sənin mənə etdiyin əmri çatdırıb belə demişəm:» Məni onlara peyğəmbər göndərdiyin və kitab verdiyin zaman nə əmr vermişdinsə ancaq onları demişəm. Mən onlara bunları deyirdim: «“Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin!”» Mənim də, sizin də yaradanınız, mənə də, sizə də ruzi verənə ibadət edin. «Nə qədər ki, onların arasında idim, onlara şahid mən idim (onları belə nalayiq hərəkətlər etməyə qoymurdum). Sən məni (göyə qaldırıb dərgahına) qəbul etdikdən sonra» onlar məni çarmıxa çəkib öldürmək istəyəndə Sən mənə mərhəmət göstərib məni onların əlindən xilas etdin. Surətimi onlardan birinə verdin və mənim yerimə onu cəzalandırdılar. Bundan sonra «onlara nəzarətçi Özün oldun. Yalnız Sən hər şeyə şahidsən!»


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   502   503   504   505   506   507   508   509   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin